Azərbaycanda hüquq tanımamazlıq və azadlıq mübarizləri

Cahit Kılıç 

17.04.2012

Bu yazı, Əvəz Zeynallı’nın “On günlüyü” ne həsr edilmişdir.

Heç tanımadığım, heç bir yerdə qarşılaşmadığım, uzaqdan uzağa bir dəfə belə olsun salamlaşmadığım bir insanı, Azərbaycan vətəndaşı, jurnalist Əvəz Zeynallını bir daha yazacağam. Onun simasında, pozulan demokratik hüquqları, bəşəri hüququ və insanlık vicdanını bir daha gündəmə gətirəcəyəm…

***

10 dekabr 1948-ci il tarixində Birləşmiş Millətlər tərəfindən qəbul edilmiş “İnsan Hüquqları Bəşəri Bəyannaməsi”nin heç bir maddəsinin tətbiq olunmadığı Azərbaycanda, insan hüquq və azadlıqlarını müdafiə edənlərin qarşısında ancaq Sovet İttifaqındakı Stalin dövrünün ən qəddar KQB şefi Beriya üsullarını tətbiq edən, sui-qəsdlərlə, iftiralarla, yalançı şahidlərlə, ağlagəlməz bəhanələrlə, gənç uşaqların ciblərinə atdıqları narkotik maddələrlə insanları ittiham edərək həbs edən, işgəncə verən ibtidai kafalardır…

Dünyanın hər hansi bir demokratik ölkəsində bir insana “Beriya dövrünün KQB-sinə aid üsullardan istifadə edirsiniz” desəniz, o, bunu həqarət olaraq qəbul edər və dərhal sizi məhkəməyə verərlər. Oysa bunu, bunların üzlərinə dedikdə; utanmaq bir yana, əksinə lovğalanaraq əməlləri ilə qürur duyurlar. Nəticədə də; dövrümüzdən az qala yüz il geridə qalmış bu təfəkkür, bu ibtidai köhnə kafalar, azadlıq istəyində olan hər Azərbaycan vətəndaşının qarşısına bir zülümkar kimi çıxırlar…

Totalitar rejimlərdəki tək adamın dəmir yumruğu xalqın kafasına enərkən, dünyanın harasında olursa olsun, diktatorun ətrafında kök salmış havadarları o dəmir yumruğu alqışlamaqda, onun kölgəsinə sığınaraq özünə və ailəsinə maddi və mənəvi mənfəət əldə etməkdə, çox vaxt da kraldan daha çox kralçılıq edərək əsl diktatordan daha artıq xalqa zərər verməkdədirlər.

Bu tiplər, adətən dünyadan və müasir hüquqdan bixəbər, fanatik, cahil, pul və vəzifə düşgünü insanlardır. Sahiblərinə nə qədər sadiq olduqlarını sübut etmək üçün kiçik beyinləri ilə böyük işlərə müdaxilə edərək haqq və hüquq məhfumunu yerlə bir edirlər. Bəzən də lotuluq edərək gülünç vəziyyətə düşürlər. Məsələn, bir müxalifət qəzetinin yubileyinin keçiriləcəyi restoranın və ölkə ziyalılarının toplanacağı bir otelin elektriklərini kəsdirəcək; ölkənin ən qədim siyâsi partiyasının növbəti qurultayının keçirilməsi üçün bir toplantı salonu təyin etməyəcək qədər səviyyəsiz zavallılardır bunlar.

Başqa tərəfdən baxarsaq, başdan ayağa rüşvət və korrupsiya çirkabına batmış bir ölkədə, ən çox inanılması lazım olan mühakimə sistemi də şəxsən rüşvətə yoluxmuşdur ki, sadə vətəndaşın yeganə zəmanət yeri, ümid qapısı olmalıykən məhkəmə sistemi, ölkə miqyasında birbaşa çirkab dəryasının içinə qərq olmuşdur…

Maaşından başqa bir gəliri olmayan və ən çox 1500 manat maaş alan bir hakimin altında 80-100 min dollarlıq maşını varsa və 300-500 min dollarlıq bir villa tikdirmişdirsə, bu hakimdən hansi məntiqlə ədalətli qərar gözlənilə bilər?

Dövlətin ən başındakı korrupsiya qazanını qaynadırsa, çömçə tutanlar da bir çömçə öz qazanlarına qoymalıdır əlbəttə! Vəziyyət belə olanda, yuxarıdan gələn əmrlərə görə məhkəmə qərarları qəbul ediləcəkdir…

Bir ölkədəki ədalət mülkünün təməli ancaq belə dağılar…

***

Diktatorların cəmiyyət içində ən çox qorxduqları isə; namuslu jurnalistlər, dürüst müxalifət və qorxmaz ziyalılardır. Bürokratiya, onlar üçün heç vaxt problem deyildir; zira, içlərindəki zidd adlar ən kəsə yoldan dərhal təsirsiz hala gətirilər…

Onlar daha çox, oxuyan, tədqiq edən, haqq və hüququnu bilən, şərəf və ləyaqətini başqalarına təslim etməyən, bugünkü və gələcək hüquqlarını arayan vətəndaşlar yerinə; qədərinə razı olan, haqqı olanın onda biri belə veriləndə razılıq edən, hər əmrə sorğusuz sualsız boyun əyən və diktatora həmişə və hər şəraitdə bağlılıq göstərən vətəndaşlardan xoşları gəlir!..

***

Müxalifətin səsinin qısıldığı bir ölkədə demokratiyadan danışıla bilməz. Sərbəst fikirlərin ifadə edilə biləcəyi yeganə məcra mətbuat orqanlarıdır. Radio, TV, qəzet və jurnallar, internet saytları və sair vasitələr iqtidara nə qədər açıqdırsa, müxalifətə də o qədər açıq olmalıdır.

Məsələn, Azərbaycan müxalifət liderləri niyə ödədikləri vergi ilə və milli sərvətdəki payları ilə şərik oldukları dövlət televiziyalarından faydalana bilmirlər?

AXCP lideri Əli Kərimli və Müsavat lideri İsa Qəmbər, milli sərmayə ilə yaradılan və hər vətəndaş kimi onların da vergiləri ilə yayınlana bilən AzTV-də nə üçün Azərbaycan vətəndaşlarına öz partiya siyasətləri haqqında çıxış edib danışa bilmirlər?

Yoxsa, milli sərvətə söykənən qurum və təşkilatlar iqtidarın atasının mülkiyyətimi sayılır? Əgər belədirsə o ölkə necə demokratik bir ölkə, bir hüquq dövləti olaraq qəbul edilə bilər?

Müxalif fikirli jurnalistlər də bu hüquqdan istifadə edə bilmirlər! Bu gün ölkədəki müxalifət mətbuatı, cəmi-cümlətanı 8-10 min tirajlı qəzetlərin içində həbs olunublar! Hansı səbəbə görə, hər Azərbaycan vətəndaşı kimi haqları çatdığı halda milli TV kanalları onların üzlərinə bağlıdır?

Səbəb açıq aydın olaraq bəllidir: Yeganə məqsəd müxalifəti susdurmaqdır!..

Müxalif səsləri susduranlar, müxtəlif iftiralarla onları həbsə dolduranlar; həqiqətdə özləri beşeri vicdana həbs edilmişdirlər, amma bundan xəbərləri yoxdur.

XXI əsrdə, dünyanın dörd bir tərəfində demokratik idarələr vasitəsi ilə xalqların rifahı və azadlığı üçün yüksək səylər göstərilərkən, haqq və hüquq anlayışının ən ali səviyyəyə qalxması üçün var güclə təqdirəlayiq işlər görülərkən; Azərbaycanda insanlara ən alt səviyyədəki demokratik hüquqların belə verilmədiyi, hüququn qol-budağının kor baltalarla budandığı, mühakimə sisteminin əmrlə işlədiyi, ən adi demokratik normaların belə müzakirə mövzusu olduğu hamılıqca açıq-aşkar bilinməkdədir. Və təbii olaraq da bu vəziyyət, Azərbaycan idarəsi üçün böyük bir utanc qaynağıdır.

Buna bənzər utanc verici xüsusiyyətlərdən qürur duymaq da, yalnız çürümüş köhnə məntiqlə hərəkət edən vicdanı pas tutmuş insan təqlidçilərinə yaraşar…

***

Dünyada, bir jurnalistin əvvəlcə gecə vaxtı ofisindəki mallarını müsadirə edib əlindən almaq kimi, sonra gündəlik 300 nəfərdən artıq insanın oxumadığı bir internet saytında yayınlanan məqaləyə görə, yenə gecə vaxtı küçədə onunla teroristmiş kimi rəftar edərək, tez-tələsik hakimi yuxudan oyadıb gətirərək onu həbs etdirmək kimi əməllərə sahib olan başqa hər hansi bir hüquqi dövlət yoxdur. Bu əməllər, yalnız və yalnız bir monarxın idarəsi altındaki hüquq tanımaz bir ölkədə baş verə bilər, ki, Azərbaycan bu gün, belə bir despot idarənin altında zülmə məruz qalmış günahsız insanların ölkəsi olaraq dünya ictimaiyyətinin qarşısına çıxır…

Bütün bunlara baxmayaraq, bu gün dünya, böyük bir demokratik çaxnaşma ilə üz-üzədir və bu günkü despotların taleyi, bəlkə sabah, bəlkə sabahdan da tez bir zamanda alovlanacaq bir qığılcıma bağlıdır. Ən yuxarıdan ən aşağıya qədər sistemə daxil olanlar, tez və ya gec əməllərinin bədəlini ödəyəcəkdirlər.

Tarix, elə ya da belə formada bədəl ödəyənlərin, ödəmək istəməyib, amma ödəməyə məhkum olanların talelərini səhifə-səhifə qarşımıza sərməkdədir…

Vay o dövlət malını atasının malı kimi yeyib dağıdanların halına…

Vay o diktatorun ətrafını dövrəyə almış yaltaqların, yalançıların və talançıların halına…

Vay o diktatorun gücünə arxalanıb ona buna böhtan və hədyanlar yağdıran jurnalist cızma- qaraçılara…

Əsl zavallı vəziyyətdə olan bunlardır. Şərlə, böhtanla həbsə doldurduqları insanların əlləri, qolları bağlı olsa da, vicdanları azaddır heç olmasa. İnsan kimi insan olmanın şərəfi, onların aldıqları hər nəfəslə bərabər onlara azadlığın ən ali duyğusunu yaşatmaqdadır.

Azadlıq mübarizlərini içəriyə ataraq cəza verdiklərini düşünən despotlar, əslində Əvəz Zeynallı və digər azadlıq qəhrəmalarının yaxalarına tək-tək şərəf ordeni asdıqlarını başa düşməyəcək qədər qəflət içindədirlər…

Elə buna görə də, Əvəz Zeynallı və onun ailə üzvləri kədərlənməsinlər, əksinə, bu qədər çürümüş, bu qədər üfunət qoxan bir rejimin qarşısında duran ulduzlar karvanına qoşulduqları üçün qürur duysunlar. Çünki tarix onları, uğradıqları zülmün qarşısında əyilməyən, xalqın haqq və hüququnun, bir də ədalətin təsis edilməsi uğrunda mübarizə edən xalq qəhramanı olaraq yazacaqdır…

Əsl kədərlənməli olanlar, Əvəz Zeynallı və azadlıq mübarizləri olan digər məhbuslara zülm edənlərdir…

Əsl onlar, əsl onların korşalmış vicdanları xalq və Həqq nəzərində həmişəlik həbsə məhkum olmuşdur. Qəflət və dəlalət yuxusundan oyandıqları gün, peşiman olmağa belə fürsətlərı olmayacaqdır…


http://www.haberx.com/azerbaycanda_hukuk_tanimazlik_ve_ozgurluk_savascilari(19,w,11171,531).aspx

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button