BU DA HAMIMIZIN ƏVƏZI

 

Razi Abasbəyli

Yalnız O! Hər kəsi bir araya gətirməyi bacarırdı. İllərin düşmənlərini bir araya gətirə bilən, həftəlik bir qəzetdə danışdıra bilən Əvəz Zeynallı. Hələ redaksiya kollektivini demirəm…

Əvəz həbs ediləndən sonra biləcəkdik ki, «Xural»ın redaksiyasında işləyən hər 4 nəfərdən 3-ü fərqli düşünən adamlardır.

Belə olur adətən. Bunu bilirdik. Amma Əvəz Zeynallı bir həftə ərzində ölkənin nəinki gündəmini, həyatını belə dəyişə bilən adam olduğunu sübut etdi.

 

Onun sübutu həbs edilməyidir.

 Əvəz Zeynallını rüşvətə görə, şantaja görə ittiham edə bilər. Hətta həbsə də alarlar. Amma onun həbsə atılmasının gerçək ittihamnaməsini bütün Azərbaycan bilir. O, illərlə şəbəkələşmiş ənənəvi yorğun demokratlar düşərgəsinin dəngələrini poza bilmişdi.

O, raconu dəyişdi.

Açığı uzun müddət Əvəz Zeynallının həbsinə görə özümü ittiham etdim. Nədən ki, «Xural»ın gündəliyə keçməsinin dəstəkçilərindin biri də mən olmuşdum. Amma açığı deyim ki, qəzetin bu qədər açıq və demokratik olacağını heç düşünməmişdim. Uzun zaman özüm-özümə qarşı ittihamlarla yaşadım.

Və sonradan anladım ki, Əvəz Zeynallı bizim hamımızı dinləyir və öz bildiyini edirdi. İndi də yenə o öz bildiyini edir, həbsdədir. Amma biz nə qədər bilsək də, öz bildiyimizi edə bilmirik…

… «Xural» qəzeti çıxmır!

Əvəz mənim üçün elə bir adamdır ki, onun fikirini heç kim dəyişə bilmir. O doğru qərarları verir və bu qərarlarını da icra etmək üçün ətrafındakıları inandıra bilir. Və bu səbəbdən də içim rahatdır. Ən azı ona görə ki, borclu qaldığım, azadlığa qovuşması üçün heç nə edə bilmədiyim adam mənim tanıdığım adamdır…

Onun fikirlərini heç kim formalaşdıra bilmir!

Bu dəfə dəstək vermək üçün Əvəz Zeynallıdan yazı yazmaq mənə ağır gəlir. Çoxdandı nə yazım deyirdim. Qərarım qətiləşdi. Çox zamanlar oldu ki, Əvəzin dünyaya baxışlarının nə qədər möhkəm və möhtəşəm olduğundan əmin oldum. Dəyişən tək bir şey var, onu həbs ediblər. Və ən yaxın zamanda buraxmalı olacaqlar. O geri dönən kimi yenə də hətta qəzet buraxmasa belə gündə yarımca saat adamlarla görüşüb yenə də dəngələri pozacaq. İndi o dəngələrdə ölü bir sükut var. Hərdən bir-birimizə sataşırıq. Amma sükut pozulmur. Çünki səs-küyü, həyacanı, enerjini və hər şeyi dəyişəcək adam odur.

Hər kəs Əvəzi gözləyir! O dönəndən sonra ədalət yenə hakim olacaq.  Onu heç kim əvəz etmir! İnşallah!

 «Əvəz Zeynallı 10 günlüyü» üçün.


Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button