Əvəz Zeynallı Prezident Aparatına məktub göndərdi

06.08.2012

Jurnalist Elmin Bədəlov oxuduğu fakültəyə bərpa olunsun!

Əvəz Zeynallı: “Bunun üçün Prezident Administrasyasına 500 yox, bəlkə də 5000 məktub göndərmək lazım və vacibdir”.

“Elmin Bədəlovun hüquqlarının müdaifəkomisitəsinin üzvü Pərviz Əzimavun başlatdığı kampaniyanı dəstəkləyirəm və qoşuluram. Bunun üçün ölkə rəhbərliyinin işə qarışması və Elminnin təhsil haqqının bərpa edilməsini, eyni zamanda Elmini qanunsuz olaraq universitetdən uzaqlaşdıran müəssisə rəhbərliyinin cəzaladırılmasını tələb edirəm.”

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Elmin Bədəlovun 3 ildir ki, təhsil aldığı Azərbaycan Dövlət Neft Akademiyasından qanunsuz olaraq xaric edilməsinə və btün məhkəmə instansiyalarını keçsə də instituta bərpa olunmamasına təəsüflə yanaşıb və hazırda saxlanıldığı Bakı İstintaq təceidxanasından Elmin Bədəlovun hüquqlarının bərpa edilməməsinə etirazını bildirib:

“Bu digər bütün sahələrdə olduğu kimi təhsil sahəsində də nə qədər dəhşətli özbaşınalıqların baş verdiyini təsdiqləyir. Mən müəyyən və məlum səbəbdən kampaniyaya deyilən kimi eyni vaxtda başlaya bilməsəm də, Elmini yaxından tanıyan bir şəxs kimi dərhal PA-ya və mətbuata müraciət etməyi və öz dəstəyini ifadə etməyi özümə borc bildim. Elmin Bədəlov tənqidi yazılarına, konkret olaraq sözə görə cəzalandırılıb və onun davası həmdə sözün, azad sözün uğrunda bir davadır. O dərhal, gecikdilirmədəntəhsil aldığı fakultəyə bərpa olumalı, təhsilni başa vurmalıdır. Ümid edirəm ki, Elmin Bədəlovun hüquqlarının müdafiəsi və bərpası azad qələm sahiblərini üzərində baş və qol sındırmalı əsas məsələlərdən biri olacaq. Mən “Tural”ın həftəlik və gündəlik dövürlərində də Elminin hüquqlarını müdafiə edirdim, indi burada – Bakı İstindaq Təcridxanasında da onun hüquqlarını müdafiə edirəm.

Bir gənci tənqidi yazılarına görə bu cür cəzalandırmaq heç orta əsirlərdə də olmayıb.

Təqsirləndirilən şəxs: Ə.Zeynallı

P.S. Məktubun bir nüsxəsi PA-na, digəri isə mətbuata göndərildi.

19 iyul 2012-ci il, Bakı İstintaq Təcridxanası”

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button