R. Mehdiyev məzuniyyətə çıxdı G. Əhmədova həbs edildi

14.02.3013

Fevralın 13-də – Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Media forum” saytına açıqlamasında Prezident Admininistrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin qısamüddətli məzuniyyətdə olmasını bildirdiyi gün ölkədə iki bir-birinə bağlı iki hadisə baş verdi.
Birincisi “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya, prokuror 11 il iş istədi.
İkincisi, Əvəz Zeynallını şikayətlə həbs etdirən və daha sonra ABU-nun sabiq rektoru Elşad Abdullayevin videolarında rüşvət qalmaqalında adı hallanan sabiq millət vəkili Gülər Əhmədova həbs edildi.
Bu hadisələrin hamısının bir-biri ilə əlaqəli olması ehtimalının daha böyük olduğunu göstərir. Prezident İlham Əliyevin keçirdiyi müşavirədə məmurlara xəbərdarlıq edilməsinin səhəri günü Gülər Əhmədovanın həbs edilməsi təsadüf deyil, ola da bilməz. Çünki, Gülər  Əhmədova əslində toplanmış və ortada olan sübutlarla çoxdan həbs edilməli idi. Lakin, Gülər Əhmədovanın həbsinin gecikdirilməsi Əvəz Zeynallıya hökm oxunması ilə əlaqədar olması ehtimalı da böyük idi. Belə ki, hər kəsə məlum idi ki, Gülər Əhmədovanın həbs olunacağı təqdirdə və zatən Əvəz Zeynallının istintaq materiallarından da aydın olduğu kimi, əsassız olan ittihamlar gündəmdən çıxacaq və baş redaktorun azad edilməsi gündəmə gələcəkdi.
Məhz bundan dolayı da Gülər Əhmədovanın həbsi gecikdirilirdi. Hadisələrin gedişatının bu şəkildə müəyyən edilməsinə baxmayaraq, anidən, proseslər öz məcrasını dəyişərək, hadisələri sürətləndirməyə başlayır.
Prezident, müşavirədə əsas olaraq məmurların övladlarına və yaxınlarına xəbərdarlıq etdi. Ancaq hamının yadındadır ki, bu xəbərdarlıqlar əvvəllər də olub. Ancaq, hər hansı məmurun vəya övladının cəzalandırılması gerçəkləşməyib.
Gülər Əhmədova niyə indi həbs edildi?
Gülər Əhmədovanın həbs olunacağını hamı bilirdi. Lakin, zamanlaması gecikirdi. Gülər Əhmədovanın məlum qalmaqallar zamanı həbs olunması cəmiyyətin bu prosesə diqqətini indikindən daha çox çəkəcəkdi. Bu isə Gülər Əhmədovanın danışma ehtimalını təsirli və güclü bir fakta çevirə bilərdi. Oysa indi, mətbuat onun məhkəmədə özünü sakit aparmasından yazır.
Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin qısa müddətli məzuniyyətə çıxdığı gün, Gülər Əhmədovanın həbs olunması faktı, olayların Ramiz Mehdiyevə qarşı edilən hücumlar kimi qiymətləndirilməsinə kifayət edir. Ramiz Mehdiyevə qarşı hücumlar var və bu hücumların fonunda Gülər Əhmədova həbs edildi.
Gülər Əhmədova danışmayacaq
Gülər Əhmədovanın mənsub olduğu komanda kifayət qədər güclü və təsir dairələri geniş olan komandadır. Bu durumda onun danışmağının, nələrəsə aydınlıq gətirməyi inandırıcı görünmür. Nə istintaq zamanı, nə məhkəmədə Gülər Əhmədova danışmayacaq. Ona edilən xəbərdarlıqlar doğrultusunda hərəkət edəcək.
Bu düyünlərin içində açılacaq bir düyün
Gülər Əhmədovanın, təhdidlə rüşvət almaqda ittiham edərək həbs etdirdiyi “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya dünən prokurorun 11 il iş istəməsi, cəza olaraq ona ağır cəza istənilməsinə bərabər idi. Bu durumda, Gülər Əhmədovanın şikayəti əsasında həbs edilən Əvəz Zeynallının məhkəmədən azad ediləcəyi, gözləmək sadəlövhlük olar. Ancaq, onun azadlığa çıxması prosesini sürətləndirəcəkdir.
Etatist Analitik Qrupu
http://etatist.com/xeber/2827-r-mehdiyev-mzuniyyt-xd-g-hmdova-hbs-edildi.html

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button