14 fevralın əxlaqsız tarixi

 

Niyə? Cavab verək: İlk öncə vurğulamaq lazımdır ki, bu günün – 14 fevralın sevgililər günü kimi qeyd olunmasının xristianlıqla heç  bir əlaqəsi yoxdur. Belə ki, bu günün tarixi xristianlıqdan öncə təxminən 1500 il əvvələ gedib çıxır. Ümumiyyətlə 14 fevral “sevgi” ənənəsi əslində qədim Romanın adəti idi.

 Etatist.com-un aparmış olduğu araşdırmanın nəticəsində məlum olmuşdur ki, qədim Romada 14 fevral xüsusi əhəmiyyət kəsb edirdi. Həmin dövrün inancına görə, bu gün, Roma “Tanrı” və “Tanrıçaları”nın kraliçası olan Junoya duyulan sayğıdan dolayı bayram kimi qeyd olunurdu. Səhərisi gün isə Lupercalia bayramı başlayırdı. Bu bayramda kütləsəl orgiya məclisləri və erotik səhnələt canlanardı.
Bu “bayramda” hansı gəncin hansı qızı seçməsi öz istəklərinə bağlı deyildi. Romalı gənc qızlar adlarını kiçik kağız parçalarına yazıb, bir çəlləyə atar, həmin kağızlardan birini seçən romalı gənc də seçdiyi kağızda adı yazılan qızla həmin gecə bir yataqda, istənilən cinsi arzusunu həyata keçirməkdə sərbəst buraxılırdı. Onlar bayram boyunca ayrılmırdılar. Bundan başqa Romanın sərhədi boyunca çılpaq kişilərin, paradı olardı. Paradda iştirak edən kişilər keçi dərisi ilə qarşılarına çıxan qızlara toxunardılar. Bu da onların inancına görə, sonsuzluqdan hifz edirdi. Bu adətə, februa deyildiyindən bu “bayram” fevral ayında qeyd edilirdi. Bu “bayramda” həmçinin toplumsal, yəni insanların gözü önündə cinsi münasibət qurulurdu.
Yəni bir sözlə xristianlıqdan əvvəl keçirilən 13-15 fevral Lupercalia bayramı kütləvi əxlaqsızlıq günüdür.
Valentin kimdir?
İndi isə gələk bu “bayramın” xristianlıqdan sonrakı dövrdə qanuniləşdirilən növünə – Valentin gününə. Katolik xristianlarının “Müqəddəs Valentin” dedikləri və şəxsiyyəti ilə öyündükləri bu keşişin, əslində öyünüləsi tərəfinin olması, böyük sual doğurmaqdadır.
Dövrün hökmdarı, imperator Klavdiy uzaq səfərlərə getməkdən imtina edən ordusunda, fərarilik, istəksizliyin qarşısını almaq üçün əsgərlərinə evlənməyi qadağan edir.
Qaynaqlara görə, həmin dövrlərdə Valentin Romada rahib idi. Ancaq, kimliyi və ölümü barədə müxtəlif fərziyələr var. Bunlardan ən geniş yayılmış olanı budur ki, həmin keşiş imperatorun evlənməyi qadağa etməsinə baxmayaraq, əsgərləri qızlarla gizlin görüşdür və bir yerdə olmasına şərait yaradırmış. İmperator onun bu əməllərindən xəbər tutduqdan sonra Valentini zindana atdırır və 14 fevralda – məhz romalıların əxlaqsızlığının tüğyan etdiyi bir gündə döydürərək, təhqiramiz formada öldürtdürür.
Bəzi iddialara görə, guya Valentin həbsxana rəisinin qızına aşiq olubmuş, ona görə də edam edilib. Bu arada, katoliklər də iddia edir ki, Valentin xristianlığı təbliğ etdiyi üçün öldürülüb.
Ancaq görünəni odur ki, saxtakar Valentinin Roma tərəfindən müqəddəsləşdirilməsi belə onun əməllərinin üstünü örtə bilməyib.
Valentin homoseksualdır?
Bilindiyi kimi qədim Romada ümumiyyətlə kişilərin cüt sevgililəri olurmuş. Belə ki, kişinin qadını olduğu kimi, kişisidə ola bilərmiş.
Diqqət çəkən məqamlardan biri də budur ki, Valentin həbsxanadan öz yoldaşlarına, xüsusən də keşiş dostu Mariusa “Valentini unutma”, “Səni sevirəm” deyə məktublar göndərirmiş. Bu fakt ümumiyyətlə, Valentinin hansısa bir qıza görə öldürüldüyü və yaxud da xristianlığı təbliğ etdiyinə görə edam edildiyi faktlarını sıradan çıxarmağa kifayət edir.

 

14 Fevral mədəniyyətimizə təhlükədir

Ancaq, dünyanı bu gün öz yalan və sevgisiz, heyvani ehtiras qollarına alan 14 fevralda, öz sevdiyini təbrik edəcək, ona hədiyyə alacaq düşüncə tərzinin bizdən yana olmadığını vurğulamaq lazımdır.
Bizim toplumda qız demək, paklıqdır. Ailə quracağın birini 16 əsr bundan əvvəl belə kütləsəl orgiya yaşayanların günündə təbrik etmək bizə qarşı bir işğal kimi qiymətləndirilməlidir.
Bizim ailə yapımızın bütünlüyünü, sevgimizin əbədiliyini sübut edən bir nümunə var, İlham və Fərizə!
Onlar 1001 gecə nağılı deyil, Şekspirin uydurma əsəri deyil, onlar bizim sevgi və sədaqət göstəricimizdir. Ortada iki nümunə var, öz əxlaqsızlığını yayan və təbliğ edən saxta 14 fevral və gözlərimizin önündə yaşanan gerçək bir sevgi İlham Fərizənin toy günü!
Seçim sənindir. Ancaq, gerçəkdən sevən insan sevdiyini hamıyla, hər kişi və hər qadınla paylaşılan bir gündə nə sevdiyini deyər, nə sevər, nə də təbrik edər.
30 iyun bizim sevib və sevdiyimiz uğrunda ölməyi bacardığımızı sübut edən bir gündür. Nağıl yox gerçəkdir. Bu gerçək səni dünyadakı bütün millətlərdən fərqli olduğunu göstərir. Heç bir millətin belə müqəddəs günü yoxdur.
Etatist.com

 

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button