“30 İyun – Sevgililər Günü” Azərbaycan gənclərinə nümunə olmalıdır

Milli Fikir Mərkəzi
30.06.2013
Bu gün “30 İyun – Sevgililər Günü” münasibətilə Milli Fikir Mərkəzinin bir qrup üzvü şəhərdə bu günün təbliği ilə əlaqədar kart paylayıb və paytaxt sakinlərini təbrik edib.

Məsələylə bağlı Etatist.com-a açıqlama verən MFM İdarə Heyətinin üzvü Həbib Rüstəm bildirib ki, “MFM yaranandan 30 İyun məsələsinə çox həsas yanaşır. Çünki bu həm də dəyərlərin savaşıdır. Bildiyiniz kimi, bu məsələ ilk dəfə 2002-ci ildə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı tərəfindən qaldırılıb. Biz isə MFM gəncləri olaraq cəmiyyətimiz üçün bu günün önəmini dərk edirik və hər il ənənəvi olaraq, bu günlə bağlı təbliğat işlərilə məşğul oluruq. 30 iyunda həm vətənə sevgi həm də ailəyə bağlılıq və sədaqət tərənnüm edilir. Bu gün bütün Azərbaycan üçün özəl bir gündür. Biz də fürsətdən istifadə edib bu özəl gündə bütün Azərbaycanı təbrik edirik”.

Qeyd edək ki, MFM gəncləri şəhərin mərkəzi küçələrində üzərində “Biz nağıllarda deyil, gerçək eşq yaşayan millətik. Çünki, biz sevib, sevdiyimiz uğrunda ölə bilirik” yazılan yüzlərlə kart paylayıb. 30 iyun təbliğat aksiyasında MFM-in 30-dan çox üzvü iştirak edib.
XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button