“Azadlığa buraxılmağımda yalnız bir nəfərin müstəsna rolu olub”

18.07.2014

“Qanunsuz olaraq həbsdə saxlandığımı eşidən kimi cənab İlham Əliyev Dmitri Medvedyevə zəng edib və…”
 

 “Mənim həbsdən azad olmağım göydə Allahın iradəsi, yerdə bəzi adamların xidmətləri sayəsində oldu”. 

 
Moderator.az-a açıqlama verən Ədalət partiyası sədrinin müavini Etimad İsmayılov belə deyib. 
Qeyd edək ki, Moderator.az-a daxil olan imzasız məktubda İlyas İsmayılova və onun yaxınlarına Etimad İsmayılovun azadlığa buraxılmasında bəzi dövlət adamlarının iştirakını unutmamaq tövsiyyə olunmuşdu. Bununla bağlı bəzi bilinməyən mətləblərə aydınlıq gətirən Ədalət Partiyasının sədr müavini dedi:

“Əvvəla, bildirmək istərdim ki, Ədələt Partiyasının yetkilərinin ifşaedici cıxışlarından rahatsız olanlar mücərrəd ismlər arxasında gizlənməsinlər. Bizləri də təhdid etməklə Vətənimiz uğrunda mübarizədən cəkinəcəyimizi düşünməsinlər.

O ki qaldı həbsdən azad olunmağım məsələsinə, indi haqsız yerə həbsdə  olan və həmkarları tərəfindən unudulan “Xural” qazetinin baş redaktoru Əvəz Zeynallıya hələ o zaman verdiyim açıqlamada buna aydınlıq gətirmişdim. Unudanlara yenidən xatırlada bilərəm. 
Bəri başdan qeyd edirəm ki, mənim üc il altı aylıq həbsdən sonra azad olunmağımda iddia edildiyi kimi nə İlham Rəhimovun, nə də Ramiz Mehdiyevin əməli fəaliyyətləri olmayıb. Olsa belə bu gün eyni mövqedə qalacaqdım. Çünki şəxsimə edilmiş yaxşılığı heç vaxt ümummilli problemlərə münasibətimi dəyişdirəcək meyar olaraq görmədim, görməyəcəyəm də. Sırf atam İlyas İsmayılova görə mənə cuzi-böyük dəstək verən ziyalılara, millət vəkillərinə, sadə insanlara həmişə təşəkkür etmişəm, edirəm, edəcəyəm də. Onların həyatlarında qarşılaşa biləcəkləri sıxıntılarda, ehtiyac olsa, dəstək olmağa da hazıram. Bununla belə yurdumuzun taleyi və gələcəyi uğrunda aparılan siyasi mücadilədə nəyəsə görə kimlərəsə güzəştə getmək fikrindən uzağam”.
 Ədalət yetkilisi həbsdən azad olunmasının tarixçəsini isə belə nəql edir: 
 “Prezident İlham Əliyev o vaxtkı Russiya Prezidenti Medvedevdən mənim işimə ədələtli yanaşmağı istəmişdi. Bundan sonra obyektiv araşdırma aparılmış, mənim Russiyanın Celyabinsk vilayətinin gubernatorunun sifarişi, yerli FTX və məhkəmə tərəfindən qondarma ittihamlarla qeyri-qanuni səkkiz il azadlıqdan məhrum olunduğum üzə cıxmışdı. Sadəcə Russiya tərəfi özlərinin Federal Təhlükəsizlik Xidmətinin və məhkəmələrinin qeyri-qanuni əməllərini pərdələmək ücün mənə tam bəraət vermədi, həbsdə qaldığım müddət qədər təkrar cəza kəsildi və mən dərhal azad olundum”.
http://www.moderator.az/?xeber=50199

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button