Azercell-dən Avrasiya ölkələrində rominq dublikatı imkanı!

foto (1)26.09. 2014

Azərbaycanın lider mobil operatoru Azercell Telekom abunəçiləri üçün daha bir yeniliyi istifadəyə verib. Bu dəfə Azercell rominqdə dublikat xidməti ilə abunəçilərini sevindirir. Belə ki, sentyabr ayının 22 –dən etibarən TeliaSonera ailəsinə aid olan Qazaxıstanın Kcell  mobil opeartoru ilə  Azercell Telekom   arasında olan razılaşmaya əsasən rominqdə olan müştərilər, simkart dəyişikliklərini  Müştəri  Xidmətləri ofislərinə müraciət edərək  həyata keçirə bilərlər. Bunun üçün Kcell abunəçiləri Bakı şəhəri B.Bağırova 2  ünvanında yerləşən Müştəri xidmətləri ofisinə müracət edə bilər.  Azercell   abunələri   isə  Almatı və Astana şəhərlərində Kcell–in aşağıda qeyd edilmiş ünvanlarda yerləşən Müştəri xidmətləri ofislərinə yaxınlaşaraq, bu xidmətdən yararlana bilərlər.    

Almatı Samal-2, Bina 100, Bazar ertəsi.-Cümə günü. 09/00-20/00.

Şənbə. – 09/00-18/00.

Almatı Alimjanov küç. 51, Bazar ertəsi.-Cümə günü. 09/00-20/00.

Şənbə. – 09/00-18/00.

Astana Resbublika küç. 8,  Bazar ertəsi.-Cümə günü. 09/00-20/00.

Şənbə. – 09/00-18/00.

Astana Almatı küç. 1, 1 (Asyltau Biznes Mərkəzi)  Bazar ertəsi.-Cümə günü. 09/00-20/00. Şənbə. – 09/00-18/00.
 

Qeyd edək ki, rominqdə dublikat xidməti TeliaSonera Avrasiya çərçivəsində bu qrupa daxil olan digər ölkələrlə də davam etdiriləcək. Məlumat üçün bildirək ki,  TeliaSonera Avrasiya ailəsinə daxil olan mobil operatorlar arasında mütəmadi olaraq yeni xidmətlər və rominqdə endirimlər həyata keçirilir. Belə ki, bu yay Azercell-lilər bir çox ölkələrdə, o cümlədən TeliaSonera ailəsinə daxil olan mobil operatorlar ilə rominqdə olarkən çox sərfəli qiymətlə danışa bildilər. Dünyanın 14 ölkəsinə səyahət edən Azercell abunəçiləri rominq zamanı Azərbaycan və digər ölkələrlə cəmi 50 qəpiyə danışdılar. Bu qiymət Danimarka,  Estoniya, Finlandiya, Qazaxıstan, Latviya, Litva, Moldova,  Norveç, Gürcüstan, , İspaniya, İsveç, Tacikistan və Özbəkistan üçün tətbiq edildi.

Onu da bildirək ki, yay mövsümü ilə əlaqədar Azercell Telekom əvvəllər rominq xidmətlərinin açılması üçün lazım olan depozit hesabını da ləğv etdi.

Azercell Telekom 1 yanvar 2014-cü il tarixindən etibarən beynəlxalq zənglər üçün vahid və əhəmiyyətli dərəcədə aşağı olan yeni tarif tətbiq edib. İndi Azercell abunəçiləri bütün beynəlxalq zənglərə görə cəmi 32 qəpik ödəyirlər. Eyni zamanda, şənbə, bazar və bayram günlərində (gün ərzində) və istənilən gün saat 00:00-dan 08:00-a qədər edilən beynəlxalq zənglərə əlavə 25% endirim tətbiq olunur. Bu müddət ərzində abunəçilər beynəlxalq zənglərin bir dəqiqəsinə yalnız 24 qəpik ödəməklə Azercell-in verdiyi bu üstünlükdən yararlana bilirlər.

Azercell bundan sonra da öz abunəçilərinə keyfiyyətli rabitə, peşəkar abunə xidməti və qabaqcıl texnoloji həllərlə yanaşı, geniş sayda kampaniyalar, xidmətlər və sərfəli tariflər təqdim etməkdə davam edəcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button