Sabah Əvəz Zeynallının həbsinin 3 ili tamam olur – Oxucuların nəzərinə!

images (8)27.10.2014

Oktyabrın 28-də “Xural” qəzetinin təsisçisi və baş redaktoru, hazırda 10 saylı Cəzaçəkmə müəssisəsində saxlanılan  Əvəz Zeynallının həbsinin 3 ili tamam olur.

XuralTAC Əvəz Zeynallının həbsilə əlaqədar jurnalist həmkarlarının “Əvəz Zeynallı ongünlüyü” çərçivəsində 2012-ci ilin əvvəllərində yazdıqları məqalələri yenidən yayımlamaq qərarına gəldi. 27.10.2014 tarixindən başlayaraq, xural.com qısa zaman məsafəsilə həmin məqalələri yenidən Oxucuların diqqətinə təqdim edəcək. Məqalələrdə göstərilən tarix məqalələrin ilk yayım tarixidir. 

Əvəz Zeynallı 28 oktyabr 2011-ci ildə sabiq deputat Gülər Əhmədovanin əsaslandırılmamış və sübut olunmamış iddiası əsasında həbs olunub. Məhkəmə qarşısına 2012-ci ilin may ayında çıxarılıb. 11 ay davam edən məhkəmə prosesindən sonra 2013-cü il martın 12-də Əvəz Zeynallı 9 il müddətinə azadlıqdan məhrum edilib.

Zəruri Qeyd: Əvəz Zeynallı 1969-cu ildə anadan olub. Ankara Dövlət Universitetini bitirib. “Günaydın”, “P.S.”, “Millətin səsi” qəzetlərinin yazarı, “Vətəndaş həmrəyliyi” qəzetinin baş redaktoru olub. 2002-ci ildə “Xural” qəzetini yaradıb. 2011-ci il sentyabrın 20-dək həftədə bir dəfə çıxan “Xural” qəzeti həmin gündən həftədə yeddi dəfəyə keçib. 2011-ci il oktyabrın 19-da “Xural”ın əmlakı məhkəmə iddiaları üzrə çıxarılmış qərarlara görə müsadirə olunub. Ertəsi gün qəzetin nəşri dayanıb. Oktyabrın 28-də isə Əvəz Zeynallı həbs edilib. O, külli miqdarda rüşvət alma və vergi ödəməkdən yayınmada təqsirli bilinərək 2012-ci il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Zeynallının 1 il müddətinə peşə fəaliyyətilə məşğul olmaq hüququ məhdudlaşdırılıb və 9 il müddətinə azadlıqdan məhrum edilib. Ali instansiya məhkəməsi baş redaktorun aşağı instansiya məhkəmələrindən olan şikayətini təmin etməyib.

Xatırladaq ki, baş redaktorun həbsinə səbəb olmuş Gülər Əhmədovanın özü haqqında AR CM-nin 178.2.2 maddəsilə (Dələduzluq) cinayət işi açılıb. Keçmiş Beynəxalq Universitetinin rektoru Elşad Abdullayev onu deputat seçilməsi qarşılığında  1 milyon dollar tələb etməkdə təqsirləndirən videonu yaydıqdan sonra Gülər Əhmədova deputat mandatından imtina edib, Üzvö olduğu hakim YAP Siyasi Şurasının üzvlüyündən qovulub. Keçmiş silahdaşları onu partiyanın “üzqarası” adlandırıblar. 2013-cü il fevralın 13-də məhkəmə onun barəsində həbs qərarı seçib və o 1 il müddətində BİT-da saxlanıldıqdan sonra öhdəliyində azyaşlı uşağın olması əsas gətirilərək, həbsdən azad edilib. Qeyd edək ki, Ə.Zeynallının öhdəliyində 2 azyaşlı övladının olması məhkəmələr tərəfindən nəzərə alınmayıb. 

Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları, o cümlədən Amnesty International, Human Rights Watch, Freedom House, Human Rights House Foundation, Senzura İndeksi təşkilatları, ABŞ Dövlət Departamenti “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallını “vicdan məhbusu” olaraq tanıyıb və onun həbsinin peşə fəaliyyətilə əlaqədar siyasi motivlər əsasında həyata keçirildiyini bildirib və hakimiyyətə onun tezliklə azadlığa buraxılmasını tövsiv edib.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button