Əvəz Zeynallı şəhidlərimizi ziyarət etdi

SAM_3212

01.01.2015

“Xural” qzəetinin təsisçisi Əvəz Zeynallı 3 il 2 aylıq həbsdən azadlığa buraxıldıqdan sonra müstəqil Azərbaycanın ərsəyə gəlməsində xidmətləri olan insanların məzarlarını ziyarət etdi

Dekabrın 30-da azadlığa qovuşan “Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallı azadlığının ilk günlərində facebook sosial şəbəkəsində fikirlərini paylaşıb: “Məni gözləyərək dünyasını dəyişən “Dost Adamlarım” var. Onlar birini – Hüseyn Babanı dünən ziyarət etdim. Bu gün isə Şəhidlər Xiyabanına – İlhamla Fərizənin (Müqəddəs Sevgililərin) və Uca Şəhidlərimizin hüzuruna gedəcəyəm…”

Ə.Zeynallı bu gün səhər saatlarında Şəhidlər Xiyabanında olub. Orada həyatını Azərbaycanın müstəqilliyi uğrunda qurban verən şəhidlərimizi, 20 Yanvar şəhidləri İlham və Fərizənin məzarlarını ziyarət edib. Bundan sonra Fəxri Xiyabanda olub. O, 1967-ci ildə – Sovet imperiyasının vüsət aldığı dövrdə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində Novruz bayramının keçirilməsinə nail olmuş Şıxəli Qurbanovu, Azərbaycan mətbuatının görkəmli nümayəndəsi, “Əkinçi” qəzetinin təsisçisi Həsən bəy Zərdabini, Azərbaycanın üçüncü prezidenti Heydər Əliyevi, akademik Zərifə Əliyevanı, Azərbaycan Milli Hökumətinin sədri Seyid Cəfər Pişəvərini, Azərbaycan Xalq Cəbhəsinin lideri və Azərbaycan Respublikasının ikinci prezidenti Əbülfəz Elçibəyi hörmət və ehtiramla yad edərək, onların məzarlarını ziyarət edib.

XuralTAC

SAM_3212

 

SAM_3213

SAM_3232SAM_3225SAM_3247SAM_3248SAM_3250SAM_3255SAM_3256SAM_3262SAM_3267

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button