SOS – Binəqədi sakinləri Binəqədi şossesini bağlamağa hazırlaşırlar – FOTO

10941245_314459605419404_1606654840_n25.01.2015

Binəqədi şossesi, “White Palace” –ın arxasındakı qəsəbəni su basdı, evlər çirkab suların altında qaldı

Binəqədi rayonu, Binəqədi şossesi daxil olmaqla, ətraf yaşayış qəsəbələri bir neçə ildir ki, qış aylarını subasmaları ilə çıxarır. Yay aylarında dəfələrlə bu problemin aradan qaldırılması məqsədilə müəyyən tədbirlərin həyata keçirildiyini israr edən Binəqədi rayon İcra Hakimiyyəti, həmçinin Binəqədi bələdiyyəsi dövlət tərəfindən rayona ayrılan vəsaitləri düzgün dəyərləndirməyərək, havaya sorur.

Biləcəri və Binəqədi rayonunun şəxsi mülklər salınan qəsəbələri şəkillərdən də göründüyü kimi su altında qalıb, evlərdən gediş-gəliş çəkilib, evlərin altına dolan çirkab suları yeni tikililəri qəza halına gətirir. Sakinlərin dəfərlərlə FHN-nin qaynar xəttinə, Binəqədi RİH-nin müvafiq nümayəndələrinə etdiyi xəbərdarlıqlara isə, ümumiyyətlə əhəmiyyət verən yoxdur. Bazar günü olduğundanhəm nazirliyin, həm də icra nümayəndəliyinin telefonları söndürülüb. Çox güman ki, sakinlərin fasiləsiz olaraq etdiyi zənglər onları narahat etməsin deyə, son vasitə kimi telefonların söndürülməsinə əl atıblar. Sakinlər illərdir davam edən bu özbaşınalıq və laqeyidlikdən bezara gələrək, aksiya keçirmək və Binəqədi şossesini bağlamaq niyyətindədirlər: “Əgər bir saata kimi, müvafiq orqanlar vəziyyətlə maraqlanmasa, problemi araqdan qaldırmaq üçün bir iş görməsələr, şosseni bağlayacıq. Biz bu yolla cənab prezidentimizə çatdırmaq istəyirik ki, onun bu rayon üçün ayırdığı milyonlarla manat vəsait , “Təmiz Binəqədi” layihəsi adı altında daşa-döşəməyə verilir, lakin mindən çox ailənin yaşadığı bu qəsəbənin su-kanalizasiya problemi isə aradan qaldırılmır” – deyə sakinlər narazılıqlarını bildirirlər.

Anar İsmayılov/xuraltac

10917467_314459648752733_758685940_n

 

 

 

 

 

 

10934519_314459568752741_1403873566_n (1) 10937722_314459635419401_1963826553_n 10941245_314459605419404_1606654840_n 10941756_314459552086076_1712642985_n 10942254_314459578752740_214548509_n 10943349_314459612086070_386230266_n 10953042_314459588752739_585267541_n

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button