Rominqdə olan abunəçilərə Azercell-dən Novruz hədiyyəsi

foto118.03.2015

Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom MMC bu dəfəNovruz Bayrami ilə əlaqədar rominqdə olan abunəçiləri üçün endirim etdi. Belə ki,18 – 31 Mart 2015 tarixlərdə rominq xidməti çərçivəsində Birləşmiş Ərəb Əmirliklərində daxil olan zənglər üçün Azercell  abunəçilərinəxidmət haqqı tətbiq edilməyəcək. Əlavə olaraq Fakturalı xətt abunəçiləri “Etisalat” mobil operatorunun şəbəkəsində İnternet xidməti üçün endirimli tariflərdən faydalana biləcəklər. Abunəçilər 1 MB internet üçün ƏDV daxil 0,40 AZN ödəyəcəklər.

Məlumat üçün bildirək ki,ötən ay Azercell rominqdə olan abunəçiləri üçün daha bir endirim həyata keçirib. Artıq rominqdə olan Azercell Fakturalı və Fakturasız xətt abunəçiləri Telefon Mərkəzinə zəng etdikdə, zəngin ilk 5 dəqiqəsini pulsuz danışırlar. Azercell, həmçinin, fakturalı xətt abunəçiləri üçün rominqxidmətlərinin aktiv edilməsi üçün tələb olunan depoziti ləğv etdi. Bununla da bütün Azercell abunəçiləri istədikləri ölkəyə səfər etməzdən əvvəl rahat şəkildə rominq xidmətlərini aktiv edə bildilər.

Onu da qeyd edək ki, 18 mart 2015 il tarixindən etibarən, həm də, “Hədsiz” tarif paketində olan və yeni aktiv olunan müştərilərə hər faktura dövrü ərzində beynəlxalq zənglər üçün 50 (əlli)  PULSUZ dəqiqə veriləcək və Rusiya, Türkiyə, Fransa, Böyük Britaniya və Almaniyada rominq zamanı edilən zənglərə 40% qədər endirimlər tətbiq olunacaq.

Hər zaman müştəri məmnuniyyətinə böyük önəm verən şirkət yaz mövsümü boyunca sərfəli kampaniya və endirimləri ilə öz abunəçilərini sevindirməkdə davam edəcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button