“Bu başıbatmışların “Təmiz Binəqədi”si…”

11073410_853099251423618_1642899871_n

23.03.2015

Binəqədini su basıb. Sakinlər evlərindən bayıra çıxa bilmirlər. Məşhur blogger Mehman Hüseynov sakinlərin çağırışı ilə məhəllələrdə olub və özünəməxsus ironiya ilə məsələyə münasibət bildirib. Mehman Hüseynovun facebookdakı statusunu təqdim edirik. Qeyd edək ki, 1 saat əvvəl paylaşılan status 2694 bəyənim, 274 şərh, 210 paylaşım yığıb. Statusu təadim edirik:

“Hə siz yəqin fikiləşirsiz ki, indi də Mehman haradasa Sakit okeanın ortasında və ya Amazon çayının ortasında kef edib, balıq tutut hə? …Bu dəfə də düz tapmadınız. Bura bu başıbatmışların “Təmiz Binəqədi” dediyi bir ərazidir. Hər yağışdan sonra mən artıq razılaşıram ki, bu Avropa Yay oyunları məhz bizim ölkədə keçirilməlidir. Üzgüçülük üçün bütün şərait yaradılıb, istirahət üçün vətəndaşlara pulsuz kurort zonaları açıblar. Artıq Siz dənizə yox, dəniz sizin yanıvıza gəlir.
Günün reallığı bax budur. Büdcədən xaricilərin şotunu verməkdənsə, gəlib heç olmasa bu yolları qayırardınız. Bu ərazinin vətəndaşları artıq ciddi-ciddi qayıq almağa hazırlaşırlar, heç olmasa evdən mağazaya gedib çörək ala bilsinlər. Siz harınlanmış icra başçıları hələ büdcədən pulları fırladıb gözüvüzə sürtün, bəlkə haçansa doyub sonra isə bu əziyyət çəkən vətəndaşları düşünərsiz!”

11077940_853099324756944_1867176849_n

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button