Dosentdən baş prokurora şikayət

Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralova şikayət məktubu

XuralTAC-a dosent, fəlsəfə doktoru Xatirə Quliyevanın baş prokurora ünvanladığı məktubu daxil olub. Məktubda deyilir:

Cənab baş prokuror, ölkə rəhbərimizin xüsusi diqqəti və dinamik siyasi fəaliyyəti sayəsində inkişafda olan və cəmiyyətimizin saflaşmasına xidmət edən Koorupsiyaya qarşı mübarizə ilə bağlı həyata keçirdiyiniz tədbirlər istiqamətində Sizdən bir məsələyə də diqqət ayırmağınızı xahiş edirəm.

Belə ki, 2011-ci ildə baş vermiş nəqliyyat qəzasında qardaşım oğlu, hazırda rəsmi nümayəndəsi olduğum M.C.Quliyev 263.2 maddəsi ilə qanuna zidd olaraq, böyük sifarişlər və ciddi saxtakarlıq fəaliyyəti ilə ittiham olunmuş, ona 4 il həbs, 18 ay sürücülük hüququndan məhrum etmə cəzası verilmişdir.

Hal-hazırda mərhumun həyat yoldaşı Murad Quliyevə qarşı İddia Ərizəsi ilə (onun ərizəsini poçtla Baş prokurorluğa ünvanladığım ərizəyə əlavə etmişəm) məhkəməyə müraciət etmişdir.
Həmin İddiada bütünlüklə yalan, böhtan, ölü ilə alver xarakterində fantastik şişirdilmiş dəfn və Yas xərcləri ilə bərabər o da göstərilir ki, qəzadan sonra əri İ.Vəliyev 19 gün 3 saylı Şəhər Kliniki (Sabunçu)Xəstəxanasında yatmış və onun müalicəsi üçün həkimlərə 10000 (on min) manat, dərmanlar üçün 2000(iki min) manat pul verilmişdir.

Məlumdur ki, bu xəstəxana Dövlətdən maliyyələşir və burada xidmət pulsuzdur. Bu haqda AR Səhiyyə nazirinin 01 fevral 2008-ci il tarixli Əmri vardır. Bu Əmr onun müalicəsinə və dərmanlarına 12000 manat verdiyi İddiasına dərin şübhələr yaradır. Mərhum 19 gün xəstəxanada olub. Belədə 1 günə günə 600 manat düşür ki, bu özəl xəstəxana xərcindən də artıqdır.
İkincisi, ölkəmizdə dövlət xəstəxanalarına dərmanlar da pulsuz verilir. Məsələn rəsmi statistikaya görə 2011-ci ildə “dövlət büdcəsindən əhaliyə pulsuz verilməsi üçün dərman preparatları və tibbi ləvazimatın alınmasına yönəldilən vəsaitin məbləği 119,8 milyon manat (24,3 faiz) təşkil edib”.

Hesabat

Göründüyü kimi bu iddia həm də dövlətin nüfuzuna toxunmaqdır. Yazılanlar həqiqətdirsə ondan bu məbləği alanlar rüşvətxordurlar və cəzalanmalıdırlar. Hələ rüşvət alan kimi rüşvət verən də cinayətkar hesab olunur. İkincisi, böhtan da cinayətdir.

Həmçinin məhkəmə qarşısında qaldırılan İddia, sübutlarla əsaslanmalıdır. Bu da qaçılmaz faktdır ki, bu 12000 manat üçün Qəbz, kassa Çeki yoxdur və 3 saylı dövlət xəstəxanasında bu sənədlər ümumiyyətlə mövcud ola bilməz!

Əslində iddiaçının bütün yazdıqları dələduzluqdan, möhtəkirlikdən xəbər verir.
Lakin Sabunçu rayon məhkəməsində bu İddia ərizəsi artıq İcraata alınmışdır. Bəs yüksək ali hüquq təhsilli, mandat daşıyan hakim niyə korrupsiya xarakterdə, eyni zamanda Yas xərcləri məzmununda tələbi icraata alıb? Həmçinin qanunla icraata ciddi əsaslara malik işləri alırlar və icraata alınmış İŞ təmin edilir. Bunun özü hakimin nəticəyə maraqlı olmasını ifadə edir. Təsadüfi qeyil ki, İddianı icraata almış hakim Elşən Kazımovun adı AR Ombudsmanının elə ötən il Milli Məclisə Hesabatında koorupsiyaya şərait yaratmış hakim kimi səslənmişdir.

Onu da qeyd edim ki, E.Kazımov 3 ildə bizimlə bağlı 6 İŞƏ baxıb və onun qərarlarının hamısı əleyhimizə olub. Bu İddianın MM kimi yüksək tribunada adı hallanan hakim E.Kazımov tərəfindən İcraata alınması bizim ondan şübhəmizi daha da artırdı və ona Etiraz verdik. Elə bu da sistemli korrupsiya qaynaqlı haldır ki, Etirazımız məhkəmə sədri tərəfindən rədd edildi. Bu ciddi qanun maddələrinə zidd olaraq rədd edilmə və Sabunçu məhkəməsində 3 ildə 7 hakimin baxdığı 10 İŞdə bütün qərarların M.Əliyevanın və Sərham MMC və onun himayədarlıq etdiyi şəxslərin xeyrinə çıxarılması əsası ilə Sabunçu məhkəməsinin bütün tərkibinə Etiraz verdik. Apellyasiya Məhkəməsində Sənan Hacıyev bu Etirazımıza baxaraq təmin etmədi. Necə deyərlər Vəssalam! Mən Baş Prokurorluğa yazdığım ərizədə belə olacağını “ bilirik ki, Çörək Zavodunun (hələ onların 2 böyük Supermarketi də var!) təsiri ilə işləyən bu məhkəmə nə olur-olsun İŞİ özlərinə qaytaracaqdır” kimi konkret cümlələrlə İfadə etmişdim.Budur! Davam da da Sabunçu məhkəməsi icraata aldığı koorupsiya motivli (adam imza atıb ki, 12 min manat Sabunçu 3 saylı xəstəxanasına müalicə və dərman üçün vermişəm!)eyni zamanda digər cinayət (məhkəmə qarşısında yalan ifadə vermə) xarakterli iddianı təmin edəcək, davamında da Apellyasiya məhkəməsinin region mahyyətində əlaqəli hakimləri “yerliləri” Elşən Kazımovun bu qətnaməsini qüvvədə saxlayacaqlar! Deməyin demədi!

Halbuki həmin İddia ərizəsi icraata alınıbsa iddiadan korrupsiya və yalan ifadə hissələri ayrılıb istintaqa göndərilməlidir. Lakin təkrar bildirirəm ki, bu qanunçuluğun Sabunçu məhkəməsində mümkünlüyü mümkünsüzdür. Elə olmasaydı bu məhkəmə maşını sağdan vurulmuş vətəndaşı öz marağına görə məhkuma çevirməz, hakimin istədiyi 1000-ı vermədiyimiz üçün ilk qəzası olan, sərxoş olmamış, Kimsəni vurmamış, əlində 1 il təqsirsiz olduğu haqda ən ciddi rəsmi sənədlər olan və ciddi xəstə olan 23 yaşlı Azərbaycan vətəndaşına “ən dolu cəza” 4 il həbs və 18 ay sürücülük hüququndan məhrum etmə cəzası verməzdi…

Bunu hamı bilir! 3 ildə 14 bizim ziddimizə, qarşı tərəfin xeyrinə qərar çıxarmış bir məhkəmənin btün tərkibinə etirazımız qanunlara əsasən və vicdanla təmin olunmalıdır. Ancaq budur! Davam edir ədalətsizlik, qanunsuzluq.

Məhz bu səbəblərdən mən məhkəməyə qədər Sizə müraciət edərək dövlətdən maliyyələşən 3 saylı Şəhər kliniki xəstəxanasına verildiyi bildirilən açıq-aydın korrupsiya mahiyyətində olan 12000 manat məsələsinin müvafiq idarəniz tərəfindən araşdırılıb, qiymətlənməsi ilə kasıb bir ailənin saxta zərərdən azad olmasına, bununla da ölkədə koorupsiya halları ilə mübarizə aparıldığının cəmiyyət tərəfindən bir daha təsdiqlənməsinə kömək etməyinizi xahiş edirəm.

Diqqətinizə görə minnətdaram.

Xatirə Quliyeva
Fəlsəfə doktoru,dossent

Redaksiyadan:
Yazıda adı çəkilən şəxs və qurumların da mövqelərini dərc etməyə hazırıq…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button