Seymur Həzinin vəkili hakimlərə etiraz etdi

seymur hezi31.03.2015

Martın 31-də Sumqayıt Apellyasiya Məhkəməsində “Azadlıq” qəzetinin şöbə müdiri və “Azərbaycan saatı” verilişinin redaktoru Seymur Həzinin həbsindən verilən şikayətə baxılıb. Jurnalist məhkəməyə gətirilməyib.

Prosesdə vəkil Adil İsmayılov məhkəmə heyətinə etiraz edib. O, etirazında bildirib ki, məhkəməyə sədrlik edən Nazim Mövsümov və hakim Mübariz Zeynalov daha öncə Seymur Həzinin ev dustaqlığına buraxılmaması ilə bağlı qərar veriblər. Onlar bu işə yenidən baxacaqları halda vəkil heyətdən obyektiv araşdırma gözləməyəcək.
Vəkilin etirazı qəbul edilməyib.
Sonra vəkil Seymur Həzinin ev dustaqlığına buraxılması və məhkəmə istintaqının aparılması ilə bağlı vəsatət verib.
Məhkəmə prosesi aprelin 14-nə qədər təxirə salınıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button