Fikir platformu – “TEDxBakı”

ted 3Əvəz Zeynallı

Azərbaycan danışmağı öyrənməlidir…

Bu haqda ilk dəfə Ankarada eşitmişdim. Orada “Ulus” adlanan bir səmt var. Böyük Atatürk orada qurub Türkiyə Respublikasını. Türkiyə Böyük Millət Məclisinin ilk binası oradadır. Türkiyənin Xarici İşlər Nazirliyinin ilk binası da TBMM-in düz qarşısında yerləşir.

İndi ora Xarici İşlər Nazirliyinin Dövlət Qonaq Evidir. Bax, orada – TBMM-in əski binası ilə üzbəüz meydanda Atatürkün möhtəşəm bir heykəli var. O heykəlin altında – insanların gur şəkildə hərəkət etdikləri bir yerdə bir tribuna quraşdırılıb. Ora açıq “Xalq Tribunası”dır. Kim istəyir, gəlib orada istədiyi qədər çıxış edir, fikirlərini, düşüncələrini söyləyir və çıxıb gedir. Mən bir neçə dəfə orada olmuşam və çıxışçılara qulaq asmışam. Mənə o qədər maraqlı gəlib ki…

Açığı, bu tribuna o zamanın Türkiyəsində o qədər də yerinə düşmürdü. Azad mətbuat, müstəqil televiziya kanalları olan yerdə əslində, nə hacət var belə şeylərə? Amma görünür, bütün hallarda bu cür bir tribunanı demokratik rejimlər hər zaman üçün uyğun görmüşlər.

Türkiyə o zamandan xeyli dəyişib, bir az totalitarlaşıb, bir az qəddarlaşıb və mətbuat azadlığı istiqamətində geri addımlar atıb. İndi Atatürkün abidəsinin altındakı o tibunanın qalıb-qalmadığını bilmirəm, amma o tribunanı mənə xatırladan bir Azərbaycan layihəsindən danışmaq istəyirəm.

Türkiyə kimi olmayan, ondan da bərbad durumda olan bir Azərbaycan ictimai fikri ilə qarşı-qarşıyayıq. Burada tam totalitarizm hökm sürür. Televiziyalar çoxdan susdurulub və qəzetlər darmadağın olub. Müstəqillər tam bağlanıb, qalanlar da o qədər siyasiləşiblər ki, müstəqil olmaq imkanlarını itiriblər. Bu vəziyyətdə Azərbaycanda yeni bir fikir platformu yaranıb ki, onun adı “TEDxBakı”dır.

Bu gün “TEDxBakı”nın növbəti çəkilişləri idi. Çox maraqlı və eşidilməli çıxışlar oldu. Şəxsən mən çox şey öyrəndim. Xeyli intellektual gənclə tanış oldum. Qürur duyulacaq istedadlar, sonuna qədər mübarizə aparan insanlarla qarşılaşdım və ən əsası, bunun hamısını gənclər edirdilər.

Azərbaycanın belə fikir platformasına çox ehtiyacı var. Bu tip orqanizasionları təşviq etmək, onların imkanlarının genişləndirilməsinə çalışmaq lazımdır. Bu ölkə danışdıqca düzələcək və bu ölkəni danışdırmağa çalışdıqları üçün İdris Heydərliyə, Əkbər Nəcəfə və komandanın digər üzvlərinə sonsuz təşəkkür düşür. İndiki çətin şəraitdə “TEDxBakı”nı davam etdirmək, belə yüksək səviyyədə hazırlamaq və təqdim etmək çətindir.

Sizə eşq olsun, Azərbaycanın fikir qurucuları!

Tanrı düşüncələrinizi korşaltmasın!

ted 3

ted1

ted 2

Əlaqəli məqalələr

1 şərh

  1. Türküyədə Atatürkün heykəli önündə o çıxışların nə Atatürkə, nədə Türküyı iqtidarına isti-soyuğu yoxdur. Lakin danışmaq bacarmayan lal çıxışcılar vardı ki, onda dahi Atatürk hər an xeyirxahlıqla yad edilirdi. Dövlət ayağın əyri qoyan kimi onun vəsiyyətinə görə ordu top-tüfənglə meydanlara atılırdı onda “qaçanın dovşanını yazı ilə tutmaq olmazdı” Ordu isə hakimiyyəti secilmişlərə verərdi General GÜRSEL hələdə yaddaşlardadır. İndi türküyədə xeyirli qanunları pozmaq daha asandır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button