Qafqaz Universiteti tələbələri Azercell-də qonaq oldular

Qafqaz Universitetinin tələbələri Azercell-də olublar
Qafqaz Universitetinin tələbələri Azercell-də olublar

17.04.2015

Fəaliyyət göstərdiyi 18 il ərzində Azercell Telekom MMC Azərbaycanda  təhsilin inkişafına, təcrübəli kadrların yetişdirilməsinə hər zaman dəstək verib. Şirkət bu yöndə fəaliyyətini bu gün də uğurla davam etdirir. Belə ki,aprelin 16-da Qafqaz Universiteti Kompüter Mühəndisliyi fakütləsinin 19 tələbəsi və 2 rəhbər müəllimi Azercell-in qonagı olublar.

Qonaqlara mobil rabitənin işləmə prinsipləri barədə geniş məlumat verildikdən sonra, onlar  İnsan Qaynaqları departamentində gündəlik iş axını, işçilərin inkişafının təşkili və təcrübə proqramı ilə tanış olublar.Daha sonra qonaqlar Şəbəkə Əməliyyat Mərkəzinin Nəzarət otaqlarına dəvət olunub. Həmin nəzarət mərkəzlərindəqonaqlara serverlər göstərilib, onların işləmə prinsipləri izah olunub. Burada Azercell-in ilk müqaviləsi və 1996-cı ildə Heydər Əliyev tərəfindən ilk mobil zəng edildiyi Ericsonn mobil telefonu göstərilib. Tanışlıqdan sonra qonaqlar ilə Azercell əməkdaşları arasında maraqlı müzakirələr aparılıb.

Qeyd etmək yerinə düşərdi ki, Azercell ilə Qafqaz Universiteti arasında neçə illik səmərəli əməkdaşlıq mövcuddur. Qafqaz Universitetinin tələbələri şirkətin innovativ Barama layihəsi çərçivəsində araşdırma aparıblar. Universitet tələbələri həmçinin, Azercell-in Tələbə Təqaüdü proqramında da iştirak edirlər. Şirkətin mütəxəssisləri məhz Qafqaz tələbələri üçün Yeni Nəsil Texnologiyaları üzrə təlim keçir. Bundan əlavə Qafqaz Universitetində ilk dəfə olaraq Azercell tərəfindən 4 G laboratoriyası quraşdırılıb.

 Məlumat üçün bildirək ki, Azercell Telekom öz fəaliyyəti boyunca daim gənclərin inkişafına yönələn layihələr həyata keçirir. Şirkətin elan etdiyi Tələbə Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyyətli gənclərimiz Azercell-dən xüsusi təqaüd və şirkətin müxtəlif şöbələrində təcrübə keçmək imkanı qazanırlar. Təhsilə və gənclərə yardım etmək bundan sonra da Azercell-in prioritet fəaliyyət sahəsi olacaqdır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button