Tofiq Yaqublu üçün deputatlar prezidentə müracit etdilər

fazil mustafaZahid Oruc: “Mən əminəm və inanıram ki, Tofiq Yaqublu əfv olunacaq və bir daha həbsxanaya dönməyəcək”

 

XuralTAC-ın verdiyi məlumata görə, Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun qızı Nərgiz Yaqublunun yasına buraxılmasına münasibət bildirib. Tofiq Yaqublunun 7 günlüyə azadlığa buraxılmasının ölkə rəhbərliyinin iradəsinin göstəricisi olduğunu deyən Fazil Mustafa, prezident İlham Əliyevə Tofiq Yaqublunun azadlığa buraxılması üçün müraciət edib: “Cənab prezidentdən xahiş edirik ki, Tofiq Yaqublu azadlığa buraxılsın. O, artıq cəzasının 2 il 4 ayını çəkib. Təxminən 2 il cəzası qalıb. Onun azad edilməsi ilə bağlı əfv sərəncamı verilsə, bu, cəmiyyətdə də müsbət qarşılanar. Həmin ailədə böyük bir faciə yaşanır. Bunu nəzərə alaraq, onu əfv etmək o faciənin üzərinə bir az su səpə bilər” – deyə deputat əlavə edib. Deputat İqbal Ağazadə də çıxışında onun bu təklifini dəstəlkəyib.

Strateq.az-ın məlumatında isə Milli Məclisin deputatı Zahid Orucun fikirlərinə yer verilib. O, parlamentin bu gün keçirilən iclasındakı çıxışı zamanı Musavat Partiyası başqanının həbsdə olan müavini Tofiq Yaqublunun əfv olunması barədə səslənən təkliflərə münasibət bildirib.

Zahid Oruc deyib ki, indiyədək Azərbaycan hakimiyyəti hər zaman hümanist siyasət yürüdüb və bu siyasətdən minlərlə insan yararlanıb, öz doğma evlərinə qayıdıb: “Bu gün burada Musavat Partiyası başqanının müavini Tofiq Yaqublunun əfvi ilə bağlı məsələ qaldırıldı. Azərbaycan dövləti hər zaman humanist olub, insanların faciəsini, ağrısını yüngülləşdirməyə çalışıb. Mən əminəm və inanıram ki, Tofiq Yaqublu əfv olunacaq və bir daha həbsxanaya dönməyəcək”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button