Azərbaycan büdcə xərclərini azaldacaq

büdcəAzərbaycan neftin qiymətinin enməsi ilə əlaqədar 2016-cı ildə dövlət büdcəsinin xərclərini azaldacaq. Bunu bu gün prezident İlham Əliyev Bakıda Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının iclasındakı çıxışında bildirib.

“Neft və qazın qiymətinin enməsi Azərbaycanı narahat etməyə bilməz. Buna cavab olaraq biz lazımsız xərcləri azaltmışıq və idarəetmə sistemini yaxşılaşdırmışıq”, – İ.Əliyev vurğulayıb.
İqtisadi durumu qiymətləndirən dövlət başçısı deyib ki, investisiya mühiti əlverişli olaraq qalır. Azərbaycanda işsızlik 5% səviyyədədir, yoxsulluğun səviyyəsi isə 5%-dək azalıb. Bu o deməkdir ki, “Holland sindromu”ndan qaçmaq mümkün olub.
“Bəzi neft ölkələrində zənginlər daha da zənginləşir, yoxsullar isə daha da yoxsullaşır. Bizim məqsədimiz odur ki, bu gəlirlərdən hər kəs istifadə edə bilsin”, – o qeyd edib. (turan)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button