Namiq Həsənov: “İştirakçılar üçün ödənişsiz “ekspres” avtobuslar xidmət edəcək…”

namiq hesenov05.05.2015

İlk Avropa Oyunları zamanı fəaliyyət göstərəcək “ekspress” avtobuslar 20 saatlıq iş rejimində işləyəcək 

İyunda ölkəmiz dünyada ilk dəfə təşkil olunacaq birinci Avropa Oyunlarına ev sahibliyi edəcək.

Mötəbər yarış zamanı ən ciddi məsələlərdən biri də ictimai nəqliyyatın dəqiq mexanizm üzrə işləməsidir. Biz yüz minlərlə insana yüksək intizamla xidmət göstərməyin məsuliyyətini dərk edirik.

AzərTAG xəbər verir ki, bu sözləri mayın 4-də təşkil olunan brifinqdə Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov deyib.

Nazirliyin rəsmisi ilk Avropa Oyunları zamanı vətəndaşları ictimai nəqliyyatdan istifadə etməyə səsləyib. Qeyd edib ki, həmin günlərdə ictimai nəqliyyat hazırda fəaliyyət göstərdiyi sistem üzrə çalışacaq. Ancaq tamaşaçılar və qeydiyyatdan keçən insanlar üçün ödənişsiz “ekspres” avtobuslar xidmət edəcək. Həmin avtobuslar Bakı metrosunun 9 stansiyasının yaxınlığında fəaliyyət göstərəcək. Onların üzərində müxtəlif işarələr və istiqamətlər əks olunacaq. Eyni zamanda iki yerdə – Füzuli və Fətəli xan Xoyski küçələrində parkinq məntəqələri yaradılacaq. Həmin məntəqələr müvafiq olaraq 3 min və 650 avtomobil tutumuna malikdir. Parkinq məntəqələrinin qarşısından da “ekspres” avtobuslar hərəkət edəcək. Beləliklə, paytaxtda 11 məntəqədən idman obyektlərinə avtobuslar gedəcək.

Namiq Həsənov, həmçinin sürücüləri “Parkinq yoxdur” və “Park et və get” nişanlarına ciddi riayət etməyə çağırıb.

“Ekspres” avtobuslar 20 saatlıq iş rejimində fəaliyyət göstərəcək. İnsanların rahatlığı üçün ictimai nəqliyyat da “ekspres” avtobuslarla eyni iş rejimində xidmət edəcək.

http://video.azertag.az/video/22900

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button