Jurnalist deputatlıq eşqinə düşüb
“Şərq” qəzetinin əməkdaşı və Space-in aparıcısı Tahirə Məmmədqızı bu il keçiriləcək parlament seckilərinə qatılmaq niyyətindədir.
Jurnalist xanım yarışa doğulduğu rayondan – Astaradan qatılmaq istəyir. T.Məmmədqızı deyib ki, hazırda imkanlarını götür-qoy edir. Milli Məclisdə xanım deputatların sayının çox olmasını arzulayan Tahirə dostlarının, yaxınlarının köməyindən yararlanıb mandat mübarizəsi aparacaq./milli.az