Dollar bahalaşıb, avro ucuzlaşıb

pulMərkəzi Bank bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. Ötən həftədən fərqli olaraq, ölkədə dolların bahalaşması, avro ilə rublun isə ucuzlaşması prosesi gedir. Dünən 1 ABŞ dolları 1.0483 AZN-dən təqdim olunurdusa, bu gün bu məzənnə 1.0485 AZN-dir. Avronun məzənnəsində isə ucuzlaşma baş verib. Ötən gün 1 avronun məzənnəsi 1.1730 AZN idisə, o, bir gün ərzində 0.0054 AZN ucuzlaşaraq, 1.1676 AZN təşkil edib. Rusiya rublunun qiymətində cüzi ucuzlaşma (0.0001 AZN) baş verib. Belə ki, dünən valyuta bazarında 0.0202 AZN-ə təklif olunan 1 rubl hazırda 0.0201 AZN-dən satışa çıxarılıb

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button