“Sultan Süleyman” Gəncə aeroportunda dava saldı

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama verib.

O deyib ki, XİN tərəfindən araşdırma aparılıb və Gəncə Şəhər Aeroportunun konsulluq idarəsindən bildirilib ki, belə bir hal baş verməyib: “Azərbaycan Respublikasının viza qaydalarına uyğun olaraq həmin şəxsə ölkəyə daxil olamq üçün viza rəsmiləşdirilib. Bu kimi məlumatlar isə şayiə xarakterlidir”.

“Əli və Nino” filmində Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri Fətəli Xan Xoyski rolunu canlandıran Halit Ergənç Gəncədə dava salıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor viza işləri uzandığı üçün Gəncə Hava Limanında əsəbiləşib. Növbə gözləməkdən bezən Ergənç qışqırmağa başlayıb. Onu sakitləşdirməyə gələn hava limanının işçiləri aktyoru tanıdıqdan sonra məsələni həll ediblər. Aktyordan üzr istəyən aeroport işçiləri Ergənçin vizasını dərhal veriblər.

Qeyd edək ki, Türkiyə mediası məşhur aktyorun bu hərəkətini tənqid edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button