Anar Qədirliyə yeni vəzifə verildi

anar qədirli“Həmin təklifi dəyərləndirdim”.
 
Öz xahişim və ərizəmlə işdən azad olunmuşam.
xural.com xəbər verir ki, bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad olunan Anar Qədirli deyib.
A.Qədirli, bir müddət öncə başqa vəzifə ilə bağlı təklif aldığını açıqlayıb:
“Həmin təklifi dəyərləndirdim. Hazırda nazirliyin mətbuat xidmətinin rəhbəri vəzifəsi ilə bağlı işlərin təhvil-təslimi gedir. Yaxın günlərdə səhiyyə sistemində yeni vəzifənin icrasına başlayacağam”.
O, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzində ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışacağını deyib.
A.Qədirli gələn həftədən yeni vəzifəsinin icrasına başlayacağını bildirib.
O, həmçinin bundan sonra Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edəcək Liya Bayramovanın bu vaxta kimi “Zerkalo” qəzetində şöbə müdiri çalışdığını açıqlayıb.
A.Qədirlinin sözlərinə görə, Səhiyyə Nazirliyinin yeni mətbuat xidmətinin rəhbəri da vəzifəsinin icrasına gələn həftədən başlayacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button