Səhiyyə Nazirliyinin yeni mətbuat katibi: “Gözlənilməz olmadı”

Səhiyyə Nazirliyinin yeni mətbuat katibi:

 “Bu təyinat mənim üçün gözlənilməz olmadı. Artıq bir müddət idi ki, bu məsələ müzakirə olunurdu”.

Bunu “AZERFAX”a (AFA) açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin yeni təyin olunmuş rəhbəri Liya Bayramova deyib. Onun sözlərinə görə, sözügedən vezifəyə təyinatı ilə bağlı teklif Səhiyyə Nazirliyindən gəlib.
Uzun müddət “Zerkalo” qəzetində çalışdığını deyən L.Bayramova jurnalist kimi fəaliyyət göstərdiyi dövrdə Səhiyyə Nazirliyi ilə yaxından əməkdaşlıq etdiyini də deyib: “Məni tanıyıdılar, fəaliyyətimə bələd idilər.  Odur ki, belə bir etimad göstərmək barədə qərar qəbul olundu”.
L.Bayramova qeyd edib ki, mətbuata açıq fəaliyyət formasına üstünlük verəcək və çalışacaq ki, Səhiyyə Nazirliyinin fəaliyyəti mediada lazımı səviyyədə işıqlandırılsın: “Hələlik konkret detallar barədə danışmaq istəmirəm. Növbəti həftədən etibarən yeni vəzifədə işə başlayacam. Bundan sonra artıq görəcəyimiz işlər barədə danışmaq olar”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button