Bu gün yağış yağacaq

hava2Mayın 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən, gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-12° isti, gündüz 15-20° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında havanın arabir yağıntılı olacağı, gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10° isti, gündüz 16-21° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağış yağacağı, gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-5° isti, gündüz 9-14° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir yağış yağacağı, gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13° isti, gündüz 17-22° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağış yağacağı, gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11° isti, gündüz 15-20° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir yağış yağacağı, gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13° isti, gündüz 17-22° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 10-13° isti, gündüz 17-22° isti, dağlarda gecə 5-9° isti, gündüz 9-13° isti olacağı gözlənilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button