Qız Qalasında çılpaq şəkil çəkdirən əcnəbi ilə bağlı araşdırma başladı


lutRəsmi məlumat yayıldı.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu əcnəbi vətəndaşın Qız Qalasında çılpaq şəkil çəkdirməsinə münasibət bildirib.

Qoruğun mətbuat xidmətindən verilən məlumata görə, artıq bu məsələ ilə bağlı araşdırma aparılır.

Əlavə edək ki, məsələ ilə bağlı artıq polis də araşdırmaya başlayıb.

“Bu adamın fotonu çəkməyə necə nail olduğunu aydınlaşdırmaq istəyirik. “İçərişəhər” rəhbərliyi araşdırmanın nəticələri barədə təcili xəbər verəcək”- deyə,qoruğun açıqlamasında deyilir.

Qeyd edək ki, blogger kimi məşhur olan əcnəbi vətəndaş Bakıda Qız Qalası üzərində çılpaq vəziyyətdə şəkil çəkdirməsi insanların narazılığı ilə qarşılanıb.

Xatırladaq ki, dünyanı gəzib-dolaşan bu şəxs şəhərlərin ən görməli yerlərində lüt soyunaraq arxasının şəkillərini çəkdirir. Milli.az xəbər verir ki, İnstagram-da @myassthetics profili ilə məşhur olan, dünyanın bir çox yerlərində olan əcnəbinin son dayanacağı paytaxtımız Bakı olub. Qız qalasının başına çıxıb üzü İçərişəhər tərəfə dayanıb şəkil çəkdirən kişi yenə də anadangəlmə lüt olub.

Bakının simvolu olan Qız qalasında lüt soyunub şəkil çəkdirən bu şəxsin əməli, bəlkə də, performans sayıla bilər, lakin bu, ifrat azadlıq səviyyəsində tərbiyəsizlikdir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button