Metro 17 gün pulsuz xidmət göstərəcək, amma hamıya yox

metroI Avropa Oyunlarının açılışında iştirak etməyə gedənlərə metro pulsuz xidmət göstərəcək.

Bu haqda nəqliyyat nazirinin müavini Musa Pənahov “Bakı 2015” Avropa Oyunlarının əməliyyat komitəsinin toplantısında məlumat verib.

Pənahovun sözlərinə görə, əlində I Avropa Oyunlarının açılışında iştirak etmək üçün bileti və akreditə qeydiyyatı olan sərnişinlər metrodan pulsuz istifadə edə biləcəklər.

Bu il iyunun 12-dən 28-dək Bakıda keçiriləcək Avropa oyunları Avropa qitəsi tarixində bir ilkdir. Ümumilikdə Bakıda İdmanın 16 olimpiya növü, 4 qeyri-olimpiya növü üzrə 20 idman yarışması keçiriləcək.

Avropanın müxtəlif yerlərindən gələn 6 mindən çox idmançı 17 gün ərzində öz ölkələrini təmsil edəcəklər.

Bakıda Olimpiya Oyunlarının keçirilməsilə bağlı qərar isə Avropa Olimpiya Komitəsi tərəfindən 2012-ci ilin dekabr ayında verilib.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button