Bakıda qanlı dram – FOTO

11Hər şey “Odnoklassniki”dən başladı.

Bakıda “Odnoklassniki” sosial şəbəkəsində tanışlıq qətl ilə nəticələnib, Oxu.Az Day.az-a istinadən xəbər verir.

May ayının 4-dən 5-nə keçən gecə Bakı şəhəri, Səbail rayonu, Rasul Rza 4 ünvanında qətl hadisəsi baş verib. Xarkovdan olan 1989-cu il təvəllüdlü Elnur Hümbətov qısqanclıq zəminində 1989-cu il təvəllüdlü İlahə Ağayevanı qətlə yetirib. İndi isə hər şey təfsilatı ilə…

Day.az redaksiyası ilə E.Hümbətovun vəkili Vasif İsrafilov əlaqə saxlayıb və bu dramın ona məlum olan bəzi təfərrüatlarını bildirib.

İttiham edilən Elnur Hümbətov öz ifadəsində İlahə Ağayeva ilə “Odnoklassniki” sosial şəbəkəsində tanış olduğunu bildirib. Hümbətov sərnişin daşıma ilə məşğul olurdu. İlahə isə işləmirdi. Nəhayət ki, onların münasibətləri virtual mərhələdən real mərhələyə keçdi. Elnur onunla ünsiyyət zamanı əvvəllər başqa kişilərlə də görüşdüyünü öyrənir. Amma İlahə bundan sonra yalnız onunla görüşəcəyini bildirir.

“Dindirilmə zamanı müdafiə etdiyim şəxs, İlahə üçün 2 mobil telefon aldığını, gündəlik xərclər üçün ona pul verdiyini bildirib, – vəkil qeyd edib. – Bir gün İlahə ona yeni iş tapdığını və işin şərtlərini müzakirə etmək üçün bir nəfərlə görüşməli olduğunu bildirib. Görüş günü Elnur ona zəng edib, İlahə isə məşğul olduğunu 1-2 saatdan sonra özü onunla əlaqə saxlayacağını bildirib.

Deyilən zaman keçdikdən sonra Elnur ona özü zəng edib, İlahə cavab verməyib. Elnur ona, onun evinə gəlməyə hazırlaşdığını bildirdiyi sms yazıb, İlahə isə ona özü boş olan kimi onunla əlaqə quracağını yazıb. Bu yazışmadan sonra Elnur İlahənin evinin həyətinə gəlib və onun gəlməsini gözləyib. O, evə iş barədə danışmaq üçün görüşdüyü həmin adamın maşınında gəlib. Elnur ona yaxınlaşıb və onlar bərabər evə qalxıblar”.

Qətl necə baş verib?

İ.Ağayeva Elnura bəyan edib ki, onu evə gətirən kişi ona restoranda iş təklif edib. O, 15 gün restoranda işləyəcək, 15 gün isə rəsmi nikahda olan yeni sevgilisinin evində qalacaqmış.

“Bu səbəbdən onların arasında mübahisə baş verib, Elnur bıçaq götürüb və ona əl və kürək nahiyəsindən zərbə vurub, zərbə zamanı arteriyanı kəsib. Onu bu vəziyyətdə qoyub mənzili tərk edib. İlkin istintaq zamanı Elnurun məkrli fikri olmayıb, qətl ehtiyatsızlıq ucbatından baş verib. Öz ifadəsində Elnur qətl planlamadığını bildirib” – V.İsrafilov deyib.

Sonda isə qeyd etmək istərdik ki, qətlin bilərəkdən və ya ehtiyatsızlıq ucbatından törədildiyini istintaq müəyyənləşdirəcək. Bizdə olan məlumata əsasən Səbail rayon Prokurorluğu E.Hümbətova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 (bilərəkdən qətl) maddəsi ilə cinayət işi açıb. Mayın 7-də məhkəmədə ona dair qətimkan tədbirinin seçilməsi məsələsinə baxılacaq.

111111111111111 1111111 111111 1111 111

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button