Yanğından necə qorunmalı – ARAŞDIRMA

yanan binaxural.com Rusiya mətbuatına istinadən yanğın baş verəcəyi hallarda nə etməli olduğumuza dair bir araşdırma aparıb. Araşdırmanı təqdim edirik:

Əgər evdə yanğın başlasa…

Çox istərdik ki, indi tanış olacağınız biliklər sizə lazım olmasın. Amma baş verənlər onu göstərir ki, heç də hər zaman gözləntilərimiz özünü doğrultmur və heç də hər zaman qarşılaşdığımız hadisələri özümüz müəyyənləşdirmirik. Ona görə də xural.com-un bu araşdırmasını çox diqqətlə oxuyun. Allah lazım eləməsin, hər cür təhlükədən özünü və ailə üzvlərini xilas etmək sənin üzərinə düşə bilər və bu bilgilərə görə minnətdar ola bilərsən. Yanğın faciədir. Heç kəs ondan sığortalanmayıb. Başqasının ehtiyatsızlığı və ya təxribatı sizi bu faciə ilə üz-üzə qoya bilər. İlk növbədə

YANĞININ BAŞLAMASINDAN NECƏ XƏBƏR TUTMALI?

Hər şeydən əvvəl tüstünün nəfəsinizə dolduğunu hiss edəcəksiniz. Ürəkbulandırıcı, iyrənc qoxu ilə yanaşı gözləriniz alışmağa başlayacaq. Əgər bütün dediklərimizlə qarşılaşmısınızsa, o zaman təcili olaraq, telefonu tap, sonra gec ola bilər. Tüstü getdikcə artacaq, isti havanı hiss etməklə yanaşı alovun güclənməsini xəbərdar edən şaqqıltı səslərini duymağa başlayacaqsınız.

DƏRHAL ZƏNG VUR!

İstər mobil, istərsə də şəhər telefonlarından 112 qaynar xəttinə dərhal zəng vurub, hadisənin baş verdiyi ünvan haqda məlumat verməyə çalışın.

Heç vaxt düşünməyin ki, edəcəyiniz zəng əbəsdir və sizin hiss etdikləriniz yanlışdır. Bu haqda düşünməyin və zəng vurun. 112 xidməti sizin üçün yaradılıb və istənilən halda sizin xidmətinizdə durmaq onların borcudur. Telefonda nə baş verdiyini soruşsalar, gördüklərinizi və hiss etdiklərinizi dəqiqliyilə çatdırmağa çalışın və ən əsası ünvanı düzgün deyin!

Zəng vura bilmirsən? Telefon yoxdur? İstədiyin vaxt telefona cavab vermədilər?

Başını itirmə və özün özünü xilas etməyə çalış. Səndə hər şey alınacaq. Ən əsası, yanğın zamanı insanların etdikləri hansı səhvlər ucbatından həlak olduqlarını bilsəniz, bu sizin üçün çox müsbət durumdur.

OXU VƏ DİQQƏTLİ OL, NƏYİ ETMƏK OLMAZ!

1. Nəsə baş verəndə biz nə baş verdiyini dərhal anlamağa çalışırıq və maraq bizi məhz hadisənin baş verdiyi mərkəzə çəkir ki, hər şeyi gözümüzlə görək. Yanğın baş verərkən qəti bunu etmək OLMAZ! Əgər alov qapınıza dayanıbsa və kənarlarından içəri tüstü dolmağa başlayıbsa, qəti qapını açmaq OLMAZ! Qapını açan kimi alov işıq sürətilə səni bürüyəcək.

2. Əgər tüstü gözlərinizi alışdırmağa başlayıbsa və öskürək sizi boğursa, pəncərəni açıb təmiz hava udmaq istəyəcəksiniz. BU ÖLÜMCÜL SƏHVDIR! Hava özü ilə birlikdə zəhərlü tüstünü içəri dolduracaq və sən dərhal huşunu itirəcəksən.
3. Uşaqlar və azyaşlılar alovdan çox qorxurlar və özlərini kortəbii xilas etməyə çalışırlar. Bunun üçün ya otağın, ya dolabın küncünə qısılır, ya da çarpayının altında gizlənirlər. BUNDAN PİS YOL DÜŞÜNMƏK BELƏ OLMAZ! Məhz həmin yerlərə tüstü daha çox yığılır və insan zəhərli tüstüdən dərhal huşunu itirir. O zaman kömək etmək, yardım göstərmək də gec olur.

4. Bəzi uşaqlar, həddindən artıq cəsarətlidirlər və yanğını özləri söndürməyə cəhd göstərirlər. BU ÇOX TƏHLÜKƏLİDİR! Alov amansızdır, o çox tez yayılır. Tüstü ondan da amansızdır, əgər plasmast və digər müasir kimyəvi materiallar yanırsa… O zaman alovu söndürmək olar ki, yanğın sənin gözlərinin qarşısında başladı və onun ölçüsü bir top boydadırsa…

NƏYİ ETMƏK OLMAZ, yaxşı yadında saxladınmı?

İndi isə gəlin görək, nəyi ETMƏK LAZIMDIR VƏ ZƏRURİDİR.

1-ci DURUM

 Gözünün qarşısında balaca alov yarandı. Dəsmal odun üstünə düşdü, tavanda olan yağ alovlandı, şam kağızın və ya parçanın üzərinə düşdüsə…

BAŞINI İTİRMƏ!

Əgər əlinin altında yoxdursa, o zaman su dalınca qaçma! Çünki sən suyu doldurub gətirənə kimi alov daha da güclənəcək. Ən yaxşı halda top ölçüsündə olan bu alovu yaxınlığında olan qalın parça ilə örtüb, alovu söndürməyə çalış. Bunun üçün xalçadan, qalın dəsmaldan və örtükdən də istifadə etmək olar. Yanğının söndürdüyünə əmin olmaq üçün onu yerə atıb, üstündən tapdalamağa başla. Parçanı dərhal qaldırıb, altında nə baş verdiyini öyrənməyə çalışma. Yanğını söndürdüyünə tam əmin olana kimi bunu ETMƏ! Bundan sonra tam əminlik üçün onun üzərinə su tökə bilərsən. Əşyalarını korlamaqdan qorxma. Əsas odur ki, yanğın baş verməsin, yaxın və doğma insanların xəsarət almasınlar. Can sağlığı olandan sonra yeni əşyalar alarsan. YANĞINI SÖNDÜRMƏK DAHA VACİBDİR!

MÜTLƏQDIR!

Əgər elektrik əşyaları –ütü, televizor yanırsa, onun üzərinə su tökmək qəti OLMAZ! BU ÖLÜMCÜL TƏHLÜKƏLİDİR! Əgər imkan varsa, naqili elektrik cərəyanından çıxar. Əgər imkan yoxdursa, alovu bərk parça ilə söndürməyə çalış!

Əgər yanğın mətbəxdə baş veribsə, o zaman qazanın böyük qapağından da istifadə etmək olar: alovun üstünə qoy və alov tez sönəcək. Bundan başqa alovu torpaq, qum və əlinin altında olan dənli bitkilərlə – düyü, quru lobya, qreçka və s. ilə də yatırmaq mümkündür. Bu halda nəbadə şəkər tozundan istifadə edəsiniz! Onun özü dərhal yanmağa başlayacaq!

ƏSAS ODUR Kİ, HƏVƏSLƏNMƏ! Əgər alov böyüyübsə və artıq divarlara və pərdələrə doğru hərəkət edirsə, əgər sən onu ilk dəqiqədən dəf edə bilməmisənsə, hər şeyi burax və özünü xilas etməyə çalış!

 2-ci DURUM

Qonşuda nəsə yanırsa…

Çox sürətlə mənzilin bütün pəncərələrini bağla, dəsmalı islat və içəri tüstünü doldura biləcək bütün boşluqları yaş dəsmalla bərk-bərk ört. Əgər evdən çıxmaq imkanı varsa, əlinin altında olan bütün sənədləri və qiymətli əşyaları da götürüb evdən çıx, yox əgər nəyisə axtarıb, tapmaq lazımdırsa, bu axtarışı dərhal dayandır. Heç nə həyatından qiymətli deyil. Çıxarkən də qapını möhkəm ört, mümkündürsə onun da ətrafını yaş dəsmalla ört və qapını islat. İmkan yoxdursa, bunu etməyə də bilərsən, sadəcə qapını bağlayıb, həyətə qaçmalısan.

Əgər qapıdan çıxan zaman pilləkəni tüstü və alovun bürüdüyünü görürsənsə, MÜTLƏQ GERİ ÇƏKİL VƏ EVƏ QAYIT!  Qapını möhkəm qapa, içəri tüstünün dola biləcəyi bütün boşluqları yaş dəsmalla bağla. 1 vedrə su doldurub qapını və altındakı döşəməni sula. İndi tüstü nisbətən az olan otağa keçə bilərsən. Çox səbirlə, heç bir ölçü götürmədən yanğının nə vaxt söndürəcəklərini gözləməlisən. Tüstünün artdığını hiss edirsənsə, bu zaman yaş dəsmalla üzünü qapayıb, nəfəs almağa çalış. Eyni şeyləri ailə üzvlərinin də etməsinə nəzarət et.

3-cü DURUM

Əgər giriş qapısından çox uzaqda olduğun halda qarşı otaqlarda yanğın başlayıbsa, ilk növbədə özünlə alovun arasında olan bütün qapı və pəncərələri bağla.

İndi qarşında duran ən vacib məsələ otağı dərhal tərk etməyindir. Bu zaman bilməli olduğun ən vacib məqamı unutma – TÜSTÜ ALOVDAN TƏKLÜKƏLİDİR. Tüstü alovdan əvvəl otaqlara dolur və o zəhərlidir. Ona əhəmiyyət vermək lazımdır, çünki huşunuzu itirə bilərsiniz. O zaman sizi heç kəs və heç nə ilə xilas edə bilməz.

Ona görə də hər şeydən əvvəl – ÖZÜNÜ TÜSTÜDƏN QORU! Burnunu və ağzını dəsmal və ya hər hansı islanmış yumşaq dəsmalla tut. Krana əlin çatmırsa, o zaman əlinin altında olan bütün sulardan istifadə edə bilərsən! Bunu çox tez bir zamanda etmək lazımdır. Çünki fikirləşməyə belə vaxtınız olmaya bilər. İndi isə islaq, yaş parça vasitəsilə nəfəs almağa çalış!

Tüstüdən qorunmağın ikinci sirri – döşəməyə yaxın olmaqdır. İsti tüstü göyə qalxır. Aşağı qatda azlıq təşkil edir. Ona görə də iməkləyərək, qapıya doğru hərəkət et!

DİQQƏT:
Əgər otaqda sizdən bağqa uşaq və yaşlı insanlar varsa, o zaman əvvəlcə özünüzün ağzını və burnunu yaş dəsmalıla örtün. Çünki sən yardım etdiyin üçün, onları yanğından xilas edə bilərsən! Yox əgər bunu etməsən, huşunu itirərsən və evdə olan digər yaxınların da tüstüdən boğular. Uşağı özündən kənara buraxma. Bir əlinlə dəsmalı burnuna tut, digər əlinlə də uşağın üzünü özünə tərəf çevirib, onun nəfəsini tut və birlikdə çıxışa doğru hərəkət etməyə başla.

İtin və ya pişiyin varsa, onları dərhal xilas etməyə çalışma, onlar özlərini xilas etməyin yollarını bilirlər.

ƏŞYALARINI QURTARMAĞA ÇALIŞMA!

YADDINDA SAXLA: HƏYAT VƏ SAĞLAMLIQ HƏR ŞEYDƏN ƏSASDIR!

Sənin əzizlərinə SƏN lazımsan, qalan hər şeyi yenidən əldə etmək olar.

Evdən çıxarkən, qapını möhkəm bağla!

Qonşulara xəbər eləmək üçün bağıraraq yanğın baş verdiyini söylə və küçəyə doğru qaç!

NƏBADƏ LİFTDƏN İSTİFADƏ EDƏSİNİZ, ANCAQ PİLLƏKƏNLƏ AŞAĞIYA DOĞRU ENƏ BİLƏRSİNİZ! Əgər alov yoxdursa, tüstü varsa, yaş dəsmalla hərəkət etmək olar.

4-cü DURUM

Yanğın səninlə çıxış arasında baş verir və sənin oradan çıxmağın mümkünsüzdür.

Bu ən çətin və ağır durumdur.

ANCAQ BİZ AXI YAXŞI BİLİRİK – BAŞIMIZI İTİRMƏMƏLİYİK!

Mümkün qədər özünlə alovun arasında olan bütün qapıları bağla. Elə bağla ki, içəri tüstü dolmasın.

Ən dibdə olan, tüstüdən uzaq otağa çəkil, qapını möhkəm bağla və bütün boşluqları ədyalla qapa.

ANCAQ BUNDAN SONRA PƏNCƏRƏNİ AÇIB, KÖMƏYƏ ADAM ÇAĞIRA BİLƏRSƏN!

Əgər eyvanda tüstü yoxdursa, o zaman ora çıx və arxanca qapını bağla. Pəncərənin də bağlı olduğuna əmin ol.

Səni ordan xilas etmənin yolunu başqaları tapacaq, özünü alovdan xilas etmək üçün eyvandan atlamağı düşünmə. Bu sənin həyatına başqa yolla son qoya bilər.

Ən yaxşı halda hamamda gizlənmək olar. İçəri keç və qapını arxanca möhkəm qapa, bütün boşluqları yaş əski ilə qapa. İçəri tüstünün dolmasına yardımçı olan bütün havalandırma boşluqlarını da dəsmalla örtməyə çalış. Sonra soyuq suyu aç və içəridən qapını islat, istidirsə, özün də soyuq suyun altına gir.

Hamam otağında uzun müddətə yanğından xilas olmaq olar.

Yanğınsöndürənlərin səsini eşitsən, bərkdən qışqır ki, sənin orada olduğunu bilsinlər!

ƏGƏR HAZIR OLSAN – səndə hər şey alınacaq!

Öz evini diqqətlə nəzərdən keçir.

Düşün, əgər mətbəxdə yanğın baş verərəsə, ilk növbədə nə etməlisən? Eyvanda? Öz otağında necə?

Xilas olmağın üçün nə mane ola bilər? Həmişə bir ucu qatlanan palaz, ortada özünə yer eləyən çanta və yaxud da başqa sərt əşya?

Yolunu köhnə və lazımsız əşyalarla dolu qutu və ya çemodan da kəsə bilər. Evinizin qapısı yaxşı bağlanmır, sınıb? Yoxsa ümumiyyətlə qapı yoxdur? Otağın giriş qapısının açarı hər zaman ilişir?

Təsəvvür edin ki, tüstü gözünüzü tamamilə bağlayıb və siz kor-koranə qapıya doğru hərəkət etməli olursunuz. Bütün mümkün yerlərə iməkləyin. Bəlkə nələrisə dəyişməli olacaqsınız, ortadan yığışdıracaqsınız?

Əgər evinizdə azyaşlı uşaqlar varsa, onlarla “yanğından necə xilas olunmalı” oyununu oynayın. Uşaqlara o fikri aşılamaq lazımdır ki, yanğın baş verən zaman valideyinlərinin sözünü DINLƏMƏLIDIRLƏR.

Onların ərköyün davranışları, söz dinləməz hərəkətləri həyatları bahasına başa gələ bilər. Məşq edin. Belə oyunlar hər bir halda xeyirlidir. Axı bu oyunlar düşünməyə, panikaya düşməməyə və tez, cəld hərəkət etməyə öyrədir.

Təbii ki, ən yaxşı halda yanğın baş verməsin. Uşaqlara böyüklərin iştirakı olmadan hər hansı təcrübənin aparılmalı olduğunun təhlükəliliyini başa salın. Elektik cərəyanı və naqillərlə, kibrit və alışqanla istər otaqda, istərsə də çarpayının altında oynamağın çox təhlükəli olduğunu, pərdələri yandırmağın ölümlə nəticələnə biləcəyini onlara başa salın.

BUNLARI YADDAN ÇIXARMAYIN!

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button