Türkcə Avropa Şurasının rəsmi dili oldu

AŞPA-dan Türkiyə qədər bizi də qürurlandıran xəbər gəldi. Şuranın Daimi Kommisiyası bu gün keçirdiyi toplantıda çox önəmli bir qərara imza atdı-bundan sonra türk dili də Avropa Biriyinin rəsmi dillərindən olacaq.

Qeyd edək ki, bu zamana qədər Avropa Şurasının rəsmi dilləri bunlar idi – ingiliscə, fransızca, italyanca və rusca. Bundan sonra türk dili də bu dillər sırasına qoşulacaq və sessiyalarda çıxış edənlər öz fikirlərini türkcə ifadə edə biləcəklər. Başqa dillərdə edilən çıxışlar da türkcəyə tərcümə olunaraq birbaşa səsləndiriləcək.

Avropa Şurasının bu qərarı verməsinin əsas səbəbi Türkiyənin əhalisinə görə, şura üzvləri arasında 3-cü ən böyük dövlət olmasıdır.

Strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button