“Borçalı” cəmiyyəti qurultay keçirir

zəlimxan məmmədlixural.com-a daxil olan məlumata görə, “Borçalı” İctimai Cəmiyyətinin növbəti VII (X) konfransını (qurultay səlahiyyətli) keçirir. Konfrans 2015-ci il may ayının 26-da “Borçalı” Cəmiyyətinin müvəqqəti qərargahında – Vətəndaş Həmrəyliyi Partiyasının binasında keçiriləcək. Konfransda gərgin müzakirələrin keçəcəyi gözlənilir. Xatırladaq ki, xeyli zamandır ki, Gürcüstan hökuməti “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin ölkəyə daxil olmasını qadağan edib. Zəlimxan Məmmədlinin əleyhdarları bu faktdan istifadə edərək onu sərt tənqid ediblər.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button