Yanan binaya ayrılan vəsaitə yenə göz dikdilər

fuylcfdyulBakının icra başçısı yanan binada mənzillərini kirayə verənlərə kompensasiya verilməyəcəyini elan etdi
Binada söküntü işləri poliüretan istehsal edən şirkətin hesabına aparılır
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov mayın 19-da Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğından zərərçəkənlərlə dünən yenidən görüşdü.  İcra başçısı söküntü işi gedən binaya baxış keçirib, zərərçəkənlərin suallarını cavablandırdı. Mer bu zaman sakinlərə deyib ki, binada kirayəyə verilən mənzillərin sahiblərinə kompensasiya verilməyəcək.
H.Abutalıbovun “kim evini kirayəyə veribsə, onlara kompensasiya verilməyəcək” sözləri etiraza səbəb olsa da, mer soyuqqanlıqla bu məsələyə məhkəmədə baxılacağını deyib: “Mənzildə yaşayanın müraciət əsasında məhkəmə müəyyən etməlidir ki, 20 min manatlıq kompensasiya kirayədə qalana, yoxsa ev sahibinə verilsin. Məhkəmə qərarına qədər birdəfəlik maddi yardım  nə ev yiyəsinə, nə də kirayədə qalan sakinə veriləcək”.
Qeyd edək ki, faciə nəticəsində həlak olmuş 15 sakinin hər birinin ailəsinə 15 min manat, bina sakini olan 56 ailənin hər birinə yanğın nəticəsində zərər dəymiş əmlakına görə ilkin olaraq 20 min manat məbləğində dövlət vəsaiti hesabına birdəfəlik maddi yardım müəyyən edilib.
O da məlum olub ki, yanğından zərərçəkənlər dünəndən başlayaraq təzminatlarını ala bilərlər. Bunun üçün onlar Binəqədi Rayon Polis İdarəsinin 5-ci bölməsinin həyətində səyyar xidmət göstərən “ASAN xidmət”inə müraciət edərək müvafiq sənədləri almalıdırlar. Bundan sonra zərərçəkənlər onlar üçün açılan bank hesablarından kompensasiyanı ala biləcəklər.
Mayın 22-dən səyyar “ASAN xidmət”inə müxtəlif xidmətlərlə bağlı 80-ə yaxın müraciət daxil olub. Müraciətlərin qəbulu ödənişsiz əsaslarla zərərçəkmiş sakinlərin sənədləri tam bərpa olunana kimi davam edəcək.
Yanmış 16 mərtəbəli yaşayış binasının fasadında başlanan sökülmə işləri dünən davam etdirilib.
İş icraçılarının bizimyol.info-ya verdiyi məlumata görə, söküntü işləri dövlət  hesabına deyil, binanın fasadına poliuretan üzlükləri vuran şirkətin hesabına aparılır. Söküntünun qısa zaman ərzində yekunlaşması gözlənilir. Bundan sonra binada əsaslı təmir və yenidənqurma işlərinə başlanacaq.
Bunun üçün isə Nazirlər Kabineti 3 milyon manat vəsait ayırıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button