Selfi çəkmək əvəzinə tətiyi çəkdi

selfiRusiyanın paytaxtı Moskvada gənc qız selfi çəkərkən özünü silahla vurub.

HerGun.Az-ın məlumatına görə, mühasib işləyən 21 yaşlı Viktoriya ofisdə silahla selfi çəkdirmək istəyib. Bunun üçün o, mühafizəçidən tapançasını istəyib, o da razılaşıb. Viktoriya silahı başına dayayaraq selfi çəkən vaxt səhvən silahın tətiyini çəkib. Nəticədə qız başından ağır yaralanıb və xəstəxanaya aparılıb. Onun hal-hazırda reanimasiyada olduğu deyilir.

Hadisə ilə bağlı araşdırma aparılır. Silahına biganə yanaşan mühafizəçinin aqibəti isə hələlik bilinmir. Onun yalnız işdən çıxarıldığı deyilir. Etdiyi məsuliyyətsizliyə görə cinayət məsuliyyətinə cəlb olunub-olunmayacağı isə bilinmir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button