ATV-dən ANS-in ittihamlarına cavab-VİDEO

mətanət əliverdiyevaMətanət Əliverdiyevanı studiyaya dəvət etdilər.

“Azad Azərbaycan” telekanalı bu gün “Həftə sonu” proqramında bir müddət əvvəl ANS telekanalının barəsində səsləndirdiyi ittihamlara cavab verib.

Oxu.Az xəbər verir ki, proqramın aparıcısı Vaqif Aydınoğlu yaranmış qalmaqalın əsas səbəbkarı sayıla biləcək aparıcı Mətanət Əliverdiyevanı studiyaya dəvət edib.

Xatırladaq ki, bir müddət əvvəl ATV telakanlının aparıcısı  Mətanət Əliverdiyevanın səsləndirdiyi “Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi” sözləri cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Hadisədən sonra ANS-in əməkdaşı Ləman Ələşrəfqızı ATV-ni sərt tənqid edən veriliş hazırlamışdı.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button