“Borçalı” Cəmiyyətində qalmaqal-İTTİHAM

zəlimxan məmmədli1Kamran Ramazanlı: “Zəlimxan Məmmədli, səni normal qayda üzrə Cəmiyyəti təhhvil verməyə çağırıram.”

Zəlimxan Məmmədli: “Yüzə-yüz “Maştağa” iyisi gəlir. Allah şəfa versin.”

Qarşıdan “Borçalı” Cəmiyyətinin qurultay xarakterli konfransı gəlir. Konfransa cəmi 1 gün qalsa da, münasibətlərin gərginləşdiyi hiss olunur. Bunu xural.com-a daxil olan məlumatlar da təsdiq edir. Gürcüstanlılar içərisində fəallığı ilə seçilən müstəqil ekspert Kamran Ramazanlı redaksiyamıza qısa bir bəyanat göndərib və onun dərc olunmasını xahiş edib. Bəyanatda deyilir:

“Borçalıya aidiyyatı olmayan Zəlimxan Məmmədli, reyesterdən çıxarış paylaşırsan. 2009-cu ilin sənədini kiməsə göstərib qəhrəmanlıq etmə. Sənin kimi saxta millətçiləri qanun qarşısında əyləşməyə məcbur edəcəyik. Sənin bu işdən xəbərin yoxdu. Ona görə ki, heç vaxt dövlət idarəsində işləməmisən. Bir ilə yaxın Elçibəyin dönəmində guya icra başçısı olmusan. Özünü yığışdır. Pafoslu və boyundan yuxarı sözləri işlətmə. Sənin Rəsul Quliyevdən tutmuş gül mərasiminə və Borçalı cəmiyyətinə saxta təyinatına qədər bütün proseslərdən məlumatı olan şəxs kimi səni normal qayda üzrə Cəmiyyəti təhhvil verməyə çağırıram. Sən cəmiyyət sədri təyin olunmağın bəlli olmaya-olmaya əvvəldən Eyvaz Borçalıya diplom təqdim etdin. Özün seçki saxtakarlığından danışırsan, amma saxtakarlığı “Borçalı” Cəmiyyətinə sən gətirdin. Təxminən, 20 yaş məndən böyüksən. Kimə nümunə olacaqsan sən? Elçibəyin partiyasını bölməkdə cılız fəaliyyət göstərməyə cəhd etdin, əqidəni dəyişdin, Borçalıya ləkə gətirdin. Hörmətli Eyvaz Borçalı öz səhvini düzəltməsə, tarix onu bağışlamayacaq. Arxalandığın məmurları yaxşı tanıyıram. Özünü ağıllı apar və çıx get. Yoxsa sənə baha başa gələcək.”

Bəyanata “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin də münasibətini öyrənmək üçün onunla əlaqə saxladıq. Sualımızı axıra qədər dinləyən Z.Məmmədlinin cavabı qısa oldu: “Yüzə-yüz “Maştağa” iyisi gəlir. Allah şəfa versin.”

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button