Bürclər – 25 may

Bürclər (25 may)

QOÇ – Maraqlı görüşlərdə iştirak etmək üçün gözəl fürsətdir. Hətta bunun naminə fəaliyyətə də bir qədər ara vermək olar. Bu gün yeni işgüzar təkliflər alacağınız da istisna olunmur.
BUĞA – Təxminən saat 14-ə qədər cərəyan edən daxili sıxıntılarınız sonrakı müddətdə qaydasına düşəcək. Bu səbəbdən də vacib işlərinizi sonraya saxlayın. Büdcənizdə artım da gözlənilir.
ƏKİZLƏR – Fəaliyyətlə bağlı uğurlarınız mümkün olsa da, iş yerində həmkarlarınızla, xüsusən də rəhbərliklə ehtiyatlı davranın. Günün ikinci yarısında büdcənizi artırmağa yaxın olacaqsınız.
XƏRÇƏNG – Qarşılıqlı anlaşma üçün ideal gündür. Bütün görüş və sövdələşmələr xeyrinizə cərəyan edəcək. Maliyyə məsələlərini isə hələlik başqa vaxta saxlayın. Enerjinizi sevgidən alın.
ŞİR – Çoxdan bəri düşüncələrinizdə kök salmayan qərarlar verməyin. Çünki bu gün yeni fikir və ideyalar səmərəlilikdən çox uzaqdır. Axşama doğru qonaq timsalında çağrılacağınız gözlənilir.
QIZ – Mənfi yüklü Ay bürcünüzdə qərar tutduğu üçün bu təqvimi müəyyən gərginliklə başa vura bilərsiniz. Buna baxmayaraq, fəaliyyətinizdə müsbət sıçrayışlar da mümkündür.
TƏRƏZİ – Olduqca səmərəli gündür. Gələcəyiniz üçün böyük əhəmiyyət kəsb edəcək görüşlərdə iştirakınız mümkündür. Təşəbbüskarlığı əldən verməməklə təkliflərə razılıq verin.
ƏQRƏB – Günün ümumi ovqatı aşağı olsa da, qənaətbəxş məqamlar yaşayacaqsınız. Stressə düşməkdənsə gələcək planlarınızı konkretləşdirin. Axşama doğru ikitərəfli görüşlər səmərə verə bilər.
OXATAN – Olduqca təzadlı gündür. Uğurlu və xoşagəlməz olaylar tez-tez bir-birini əvəz edəcək. Bundan öz xeyrinizə istifadə etmək üçün prosesləri diqqətlə izləyib, obyektiv qərar çıxarın.
OĞLAQ – Təzə xəbərlər yolunuzu gözləyir. Bu, çox güman ki, öz doğmalarınız tərəfindən və ya onlar haqqında olacaq. Hər halda, şahidi olduğunuz yeniliklər ovqatınıza mənfi təsir göstərməyəcək.
SUTÖKƏN – Günün əsas tövsiyəsi kənardan dəstək ummaqdır. Təkbaşına fəaliyyətin uğurlu olmadığını nəzərə alıb ürəyinizə yaxın olanların köməyindən istifadə edin. Məntiqsiz riskdən uzaq olun.
BALIQLAR – Ulduzlar böyük dəyişikliklər astanasında olduğunuzu bəyan edir. Belə məqamlarda qətiyyən boş dayanmaq olmaz. Qarşınıza çıxan hər bir şansdan bəhrələnin. Uğurlarınız uzaqda deyil.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button