Fərid Məmmədovun kabinetindən 4 milyon dollar nağd pul çıxdı

Strateji Araşdırmalar Mərkəzi rəhbərinin qardaşı pul yumaqda şübhəli bilinir

DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi  “Bank Technique”dəki iri maliyyə maxinasiyaları ilə bağlı araşdırma aparır. İdarə (“Bandotdel”)  əməkdaşları Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədovun qardaşı Fərid Məmmədovu mayın 22-dən saxlayıb. 

Qeyd edək ki, Fərid Məmmədov bankın Xəzər filialı “pul yuyulması”nda ittiham olunur. Bankdakı mənbədən daxil olan məlumata görə, Fərid Məmmədov həbs ediləndə onun kabinetindən 4 milyon dollar nağd pul çıxıb.

“Bank Technique”nin (köhnə “Texnikabank”) Xəzər filialının rəhbəri olan Fərid Məmmədov vurulmuş məmurlardan olan Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədovun qardaşıdır. Yada salaq ki, Azərbaycandakı nurçular sektasının başçısı Elnur Aslanovun yaxın adamlarından sayılan Fərhad Məmmədovun adı bundan əvvəl siyasi qalmaqalda hallanıb. Həmin qalmaqal nurçuların siyasi hakimiyyətə təzyiqi məsələsi ətrafında yaranmışdı.

Məlumata görə, “Bank Technique”nin Müşahidə Şurasının üzvü Rauf Ağayev sorğu-sual ediləndən sonra sərbəst buraxılıb. Saxlanılan digər şəxslər isə hələ də “Bandotdel”dədir.

Saxlanılan bankir Fərid Məmmədov bir müddət əvvəl DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsindən çıxıb.

Virtualaz.org

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button