Avropa Məhkəməsi jurnalistin ərizəsini qəbul edib

“Quliyev Azərbaycana qarşı” adlanan şikayətin araşdırılmasında növbəti mərhələ Strasburaq məhkəməsinin Azərbaycan hakimiyyəti ilə kommunikasiyası olacaq

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) “Turan İA” və “Amerikanın səsi” radiostansiyasının müxbiri Tapdıq Fərhadoğlunun (Quliyev) ərizəsini baxılmaq üçün qəbul edib.
Ərizə nömrələnib və T.Fərhadoğlunun işi üzrə gələcək yazışmalarda istifadə olunmaq üçün barkod verilib. Bu, o deməkdir ki, ərizə düzgün, AİHM standartlarına uyğun olaraq tərtib edilib. Bunu jurnalistin maraqlarını müdafiə edən hüquqşünas Samirə Ağayeva bildirib.
Şikayət ondan ibarətdir ki, BDU tələbələrinin etiraz aksiyasının işıqlandırılması zamanı jurnalistə  hücum faktı hüquq-mühafizə orqanları tərəfindən araşdırılmayıb. Hücum nəticəsində jurnalist ciddi xəsarət alıb və iş qabiliyyətini qismən itirib.
S.Ağayeva bildirib ki, şikayətdə jurnalistin Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının 3-cü (işgəncənin və qeyri-insani davranışın qadağan edilməsi); 6-cı (ədalətli məhkəmə çəkişməsi hüququ) və 10-cu fikrin ifadə olunması azadlığı) maddələri ilə zəmanət verilmiş hüquqları pozulub.
“Quliyev Azərbaycana qarşı” adlanan şikayətin araşdırılmasında növbəti mərhələ Strasburaq məhkəməsinin Azərbaycan hakimiyyəti ilə kommunikasiyası olacaq.
Bu prosedurun müvəqqəti çərçivəsi yoxdur, bu, baxılmaq üçün AİHM-dədir.
* 2014-cü il fevralın 20-də T.Fərhadoğlu tələbələrin etiraz aksiyasını çəkərkən BDU mühafizə xidmətinin rəisi Mahir Xocatov jurnalisti bir neçə dəfə kürəyindən əli ilə vurub və təpikləyib.
Jurnalisin həmkarları bu faktı lentə alıblar. Faktiki olaraq, CM-in 163-cü maddəsində nəzərdə tutulan (jurnalistin qanuni fəaliyyətinə əngəl törətmək) cinayət törədilib.
Video və digər sübutların olmasına baxmayaraq, Yasamal Rayon Prokurorluğu fakt üzrə cinayət işinə başlamaqdan imtina edib. Jurnalist Yasamal məhkəməsinin müstəntiqinin fəaliyyətsizliyindən şikayət edib, lakin apellyasiya şikayəti də təmin olunmayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button