Deputatın oğlu saxlanıldı

Deputatın oğlu saxlanıldı

Deputatın digər oğlu Zöhrab Qəribovun da axtarışa verilməsi barədə məlumat yayılıb

Milli Məclisin deputatı, iş adamı Fərhad Qəribovun oğlu Elnur Qəribov ötən gün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Musavat.com-un Qafqazinfo-ya istinadən xəbərinə görə, bu barədə ailəyə yaxın şəxslər tərəfindən məlumat verilib.
Deputat oğlunun hansı səbəbdən saxlanılması hələ ki, bəlli deyil. Qeyd edək ki, E.Qəribovun özü də iş adamı kimi fəaliyyət göstərir. Onun adına bir sıra banklarda kreditlər olub.
E.Qəribovun banklardan böyük miqdarda kredit götürdüyü təsdiqlənsə də, dünən hansı səbəbdən saxlanılması, xüsusilə də məlum “Beynəlxalq Bank işi”ndə dindirilib-dindirilməməsi ilə bağlı dəqiq məlumatımız yoxdur.
Onu da qeyd edək ki, deputat oğlunun dindiriləndən sonra sərbəst buraxıldığı deyilir.
Həmçinin bildirək ki, deputatın digər oğlu Zöhrab Qəribovun da axtarışa verilməsi barədə məlumat yayılıb.
Xatırladaq ki, mətbuatda zaman-zaman deputat Fərhad Qəribovun külli miqdarda borcu olması və götürdüyü kreditləri qaytarmaması barədə informasiyalar yazılıb. Onun “Şəki” restoranlar şəbəkəsinin, lisenziyası ləğv olunmuş “Debut Bank”ın rəhbəri olduğu bildirilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button