Elza Seyidcahan trenajor zalda + FOTOLAR

tren 1 Şou-biznesdə bir çox müğənnilərin idman müəllimi olan Kamil Zeynallı özünə yeni zal açıb.

Zalın açılışına şou-biznesin bir çox tanınmış simaları qatılıb.

Qonaqlar arasında qeyri-adi geyim tərzi ilə seçilən əməkdar artist Elza Seyidcahan Kamil Zeynallıya xeyir-dua verib: “Mən Kamillə bir neçə dəfə məşq eləmişəm. Xüsusən də kökələn zaman onun məsləhətlərinə ehtiyac duyuram. Şou-biznesdə bir çoxları əməliyyatla arıqlayır. Mənsə sağlam yolla, yəni idmanla arıqlamağı üstün tuturam. Kamilə də bir dost kimi xeyir-duamı verirəm”.

 Daha sonra K. Zeynallı yeni açdığı idman ocağı barədə fikirlərini bölüşüb: “Xeyli müddət idi ki, bu zalı açmaq istəyirdim. Hətta mənim məşqlərimə gəlmək istəyən bir çox şou-biznes nümayəndələrinə deyirdim ki, “təzə zal açılanda gələrsiz”. Artıq gələ bilərlər. Burada həm qadınlar, həm kişilər məşq edə bilərlər. Sağlam həyat tərzi keçirmək istəyən insan üçün bütün şərait var”.

Qeyd edək ki, Metro Parkda yerləşən “Limak Fitness Park” zalının açılışına əməkdar artistlər Tünzalə Əliyeva ( Toppuş bacı) , Abbas Bağırov, müğənnilər Nazim Pişyari (Faytonçu ), Niyam Salami, Könül Kərimova, Kamil Cəfərov, Pərvin Lətifov, Vüqar Muradov, Aytac Vidadiqızı, aparıcılar İlkin Həsəni, Samir Bayramlı, Aşiq Samirə, reper Qurd və digərləri gəlmişdi. Məşhurlar bildirdilər ki, toylardan vaxt tapsalar, tez-tez idmana gələcəklər.

lent.az

tren tren 11

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button