İnsan alveri ilə məşğul olan azərbaycanlı qadın həbs edildi

Стоп-трафик-300x191Fahişəliyə cəlb edilmiş qadınlar Türkiyəyə aparılırmış

Qadınların cinsi istismara məruz qoyulmasında iştirak etmiş şəxs tutulub. 

Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə istinadən məlumatına görə, idarə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində insan alveri cinayəti törətməkdə təqsirləndirilən Rzayeva Aidə Alim qızı ilə cinayət əlaqəsinə girərək Azərbaycan vətəndaşı olan qadınların Türkiyənin Ağrı şəhərində cinsi istismara məruz qoyulmasında iştirak etmiş şəxs müəyyən edilib.

Əməliyyat tədbirləri nəticəsində həmin şəxs – Mingəçevir sakini, 1977-ci il təvəllüdlü Məmmədova Zəminə Mövsüm qızı tutulub.

lent.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button