İzmirdə Respublika günü törənləri

izmirxural.com-a Türkiyənin İzmir şəhərində yaşayan azərbaycanlılar tərəfindən verilən məlumata görə, Türkiyənin İzmir şəhərində “Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyi” 28 May Azərbaycan Cümhuriyyətinin 97-ci ildönümünü qeyd edib. Sözügedən tədbir İsmət İnönü adına Kültür Mərkəzində keçirilib. “AKİ-DER” başqanı Asif Qurban gələn qonaqlara bu günün əhəmiyyətiylə bağlı ətraflı məlumat verərək, Cümhuriyyətimizin yaranması, sonradan dövlətimiz süquta uğrasa da, aradan 70 il sonra yenidən bayrağımızın göylərə yüksəldilməsini, hazırda da o bayrağın əmin əllərdə olduğunu xüsusilə vurğulayıb. Və müstəqil Azərbaycan vətəndaşı olmağın böyük şərəf, qürur verməsini xüsusi ilə qeyd etdi. Tədbirdə İzmir Şəhər Merinin təmsilçisi Muzaffer Tunçağ, İzmir Vəkillər Kollegiyasının sədri Aydın Özcan, Xaricdəki Türkler ve Eqraba Cemiyyetler Komitesi İzmir şöbəsinin sədri Fırat Yaldız, müxtəlif siyasi partiyalar və qeyri-hökümət təşkilatlarının sədrləri də iştirak edirdilər. Bundan başqa, toplantıda İzmirdə yaşayan azərbaycanlı ailələrlə yanaşı, bu şəhərdə təhsil alan həmvətənlərimiz və İzmir şəhər sakinləri iştirak edirdilər. Tədbirin sonunda Güney Azərbaycandan gəlmiş “Barış” qurupunun və Elgün Quliyevin səsləndirdiyi mahnılarla bayram gecəsi daha da şənləndirildi.

xural.com tədbirdən çəkilən fotoları təqdim edir:

izmir1

izmir2

izmir3

izmir4

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button