Səud rejimi məğlubedilməz boksçunu məhv etdi – VİDEO

Birinci raundda qələbə sayına görə dünya rekordçusu olan məşhur boksçu Əli Raymi Yəmənə hava hücumlar nəticəsində həlak olub

Yəmən/Səud rejiminin Yəmənə hava hücumu nəticəsində birinci raundda qələbə sayına görə dünya rekordçusu olan məşhur boksçu Əli Raymi həlak olub.
xural.com faktxeber-e istinadən məlumat verir ki, bu barədə idmançının meneceri Feliks Arno Amerikanın RingTV saytına bildirib.
41 yaşlı boksçu mayın 23-də ərəb ölkələri koalisiyasının paytaxt Sanaya endirdiyi hava zərbələri nəticəsində ölüb.  Lakin bu barədə indii məlum olub.
«Təəssüf ki, bu doğrudur», – deyə menecer bildirib.
 Əli Raymi 2013-cü ildə  ilk raunda  qələbələrin sayı ilə rekord qazanıb – 20, ilyuld ayında isə 21-ci qələbəsin qazanıb. Bu göstəriciyə görə “Ginnes” dünya rekordlar kitabına  daxil edilib.
Rayminin  rəqiblərinin karyerasında onunla görüşənədək bir dəfə də olsun məğlubiyyət olmayıb.
Ümumilikdə Rayminin siyahısında 25 qələbə var (hamısı da nokaut)  , bir dənə də məğlubiyyəti yoxdur. İdmançı Ümumdünya Boks Assosiasiyasının reytinqində 6-cı, Ümumdünya Boks Təşkilatının  reytinqində isə 8-ci pillədə olub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button