Gəncə məktəbləri “Son zəng”i bu gün qeyd etdilər

SAM_7904Azərbaycan məktəblərinin məzunları “Son zəng”i qeyd edirlər.  Mayın 30-da Gəncə şəhərində tam orta məktəblərdə də “Son zəng” qeyd olunub.

xural.com-un Cəncə şəhər 19 saylı tam orta məktəbdə keçirilən bu əlamətdar tədbirdən hazırladığı reportajı təqdim edir:

Səhər çağından başlayan coşğu və həyəcanla məktəbə hazırlaşan 11-cilər üçün həm xoş, həm də kədərli bir gündür. Məktəbi bitirmək həm də müstəqil həyata can atmaq, bununla yanaşı uşaqlığa “əlvida” deməkdir.

19 saylı məktəbin şagirdləri ilə qısa söhbətdən məlum olur ki, onlar ali məktəblərə qəbul olmağı bir məqsəd kimi qarşılarına qoyublar. Onlardan heç də az həyəcanlanmayan valideyinlər də “ən böyük arzumuz övladımızın ali məktəbə qəbul olunması, həyatda müstəqil addımlar atmasıdır” diləyilə yaşayırlar. 11-cilərin həyəcanlı üzlərində min bir ifadə var:

Dayanın çalmayın sonuncu zəngi,
Yoxsa urəyimə toxunacaqdır.
Bir zaman “gəl” deyə o doğma səsdə,
Bir hicran nəgməsi oxunacaqdır.
Zəng çalan nə olar əlini saxla,
Bu şagird ömrümü uzat bir az da.
Bu məktəb, bu bina, bax…bu divarlar,
Mənim olmayacaq zəng vurulanda.
Hələ bir-birindən ayrı düşəcək,
Necə könül dostum, yaxın yoldaşım.
O sarı koynəkli, gülərüzlü qız,
Daha olmayacaq sinif yoldaşım.
Qoyun bir dəfə də -mənimdir-deyə,
Sinif otağımı süzüm doyunca.
Tələsmə zəng çalan, bunun üçün sənə,
Minnətdar olaram ömrüm boyunca.
Çağırsın lövhəyə məni müəllim,
Bir misal versin ki, asan olmasın.
3 saat calışıb, həll edim onu,
Təki arzum budur zəng vurulmasın.
Ürəyim titrəyir yad elədikcə,
Məktəbə getdiyim o ilk çağımı,
De, burda necə qoyub gedim mən?
Arxası çantalı ushaqlığımı.
Durub ərgə ilə müəllimlərim,
Baxırlar üzümə sozu var kimi.
Bu doğma, mehriban şən baxışlara,
“Əlvida” – deməyə dilim gələrmi?

Gəncə şəhər 19 saylı məktəbin direktoru Elçin Alıyev gənclərə böyük uğurlar və nailiyyətlər arzulayıb. Müəllim kollektivi “kim olurlarsa olsunlar, harda olurlarsa olsunlar hər aman Azərbaycanın övladı olduqlarını unutmasınlar. Onlara arxa duran Vətənə layiqincə xidmət göstərsinlər” dedilər. Tədbirin sonunda 11-cilərə şənlənmək üçün imkan yaradıldı.

xural.com oxuculara foto və videoreportajı təqdim edir:

SAM_7920

SAM_7965 SAM_7958 SAM_7953 SAM_7947 SAM_7945 SAM_7942 SAM_7934 SAM_7931 SAM_7930 SAM_7928
SAM_7925
SAM_7914 SAM_7913 SAM_7910 SAM_7904 SAM_7985 SAM_7979SAM_8000 SAM_7973

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button