Nizami Piriyevin Metanol zavodu fəaliyyətini bərpa edir


Nizami Piriyevİyun ayının əvvəlindən AzMeCo şirkətinə məxsus metanol zavodu öz fəaliyyətini bərpa edəcək. AzMeCo şirkətinin PR Manageri Fuad Hətəmovun xural.com-a verdiyi məlumata görə, bu haqda şirkətin Direktorlar Şürasının Sədri  məlumat verib. Cənab Piriyev bunları deyib: “Rəhbəri olduğum Azərbaycan Metanol Zavodunun tikintisi və fəaliyyət göstərməsi ilə bağlı Azərbaycan Beynəlxalq Bankından götürdüyüm kredit vəsaitləri üzrə ödəmələrin gecikdirdiyim üçün başlanmış cinayət işi üzrə 08 may 2015-ci il tarixdə həbs edilmişdim.

İstintaq dövründə kredit borclarımın bir hissəsini ödəmişəm, eləcə də, kredit borclarımın digər hissəsinin ödənilməsi ilə bağlı Azərbaycan Beynəlxalq Bankı ilə razılıq əldə etmişəm. Ona görə də haqqımda seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi barədə müraciətimə müvafiq qaydada Bakı şəhəri Nərimanov rayon məhkəməsində baxılaraq barəmdə seçilmiş həbs qəti imkan tədbiri 28 may 2015-ci il tarixli qərarla ləğv edildi.

Hal-hazırda Azərbaycan Metanol Zavodunun işinə rəhbərlik etməkdə davam edirəm. Həbsdən azad olunmağımla bağlı son günlərdə mətbuata verilmiş informasiyalar həqiqəti əks etdirmir. Ona görə də mən bunları kimlərinsə yaranmış şəraitdən sui-istifadə edərək cəmiyyətdə özlərinə “nüfuz” toplamağa cəhd göstərməsi kimi dəyərləndirirəm.”

Qeyd etmək lazımdır ki, Nizami Piriyevin ərsəyə gətirdiyi metanol zavodu nəinki Azərbaycanda, bütün regionda unikal layihədir. Metanol zavodları bütün dünyada kimya zavodları arasında təbiətə və ətraf mühitə zərər verməyən, ekoloji baxımdan ən əlverişli tikililər hesab olunur. Illik istehsal gücü 720 min ton olan zavod təbii qazdan istifadə etməklə metil spirti istehsal edir. Artıq iyun ayının əvvəlindən başlayaraq zavoda təbii qaz verilməsi bərpa olunur və metanol zavodu yenidən öz fəaliyyətini bəpra edir.

xural.com

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button