”Facebook”da üzümüzü gizlədə bilməyəcəyik

facebookda qız“Facebook” sosial şəbəkəsinin süni intellekt üzrə mütəxəssisləri foto kadrlarda sifəti görünməyən insanları tanıya bilən alqoritm işləyib hazırlayıblar.

İKT.lent.az-ın xəbərinə görə, alqoritm öz yaxınlarını və tanışlarını sifətlərini görmədən, arxadan da tanıyan insanlar kimi çalışır. Proqram artıq ona məlum olan fotolar əsasında saç düzümünü, geyimi, jestləri və bədən quruluşunu təhlil edərək digər fotolarda həmin insanları tanıyır.
Proqramın hazırlanması zamanı tədqiqatçılar “Flickr” fotohostinqində 40 min fotodan istifadə ediblər. Fotoların bəzilərində simalar aydın görünüb, bəzilərində isə görünməyib. Nəticədə neyroşəbəkə tanıdığı şəxsləri onların sifəti görünməyən digər fotolarda 83% uğurla tanıyıb.
Yeni alqoritm “Facebook”un müxtəlif əlavələrində, eləcədə güc strukturları tərəfindən cinayətkarların axtarışında istifadə oluna bilər.
Qeyd edək ki, “Facebook” bu günlərdə foto mübadiləsi və sifətlərin tanınması üçün nəzərdə tutulan “Moments” adlı əlavə buraxıb. Lakin bu funksiya yalnız ABŞ ərazisində işləyir. Çünki özəl bilgilərin qorunması üzrə Avropa və Kanada qanunvericiliyinə ziddir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button