“Məkkədə üzümü Allaha tutub dedim ki, şərab içəcəyəm”

“Məkkədə üzümü Allaha tutub dedim ki, şərab içəcəyəm” – Hacı İbrahim Nehrəmlidən tükürpədən açıqlama (Video)

“Xəzər adaları” layihəsinin müəllifi, “Avesta” konserninin rəhbəri, tanınmış iş adamı hacı İbrahim Nehrəmlinin konyak içməsini etiraf etdiyi video yayılandan mətbuatda və sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Bəziləri Həcc ziyarətinə getmiş, hacı adını almış şəxsin “hər səhər konyak içirəm” deməsini tənqid edir, bəziləri də bunun nə dərəcədə düzgün olduğunu dindarlardan soruşur. Hətta bu ifadəsinə görə iş adamının “hacı titulu”ndan məhrum edilməsini tələb edənlər də var…

Avropa.info xəbər verir ki,  məsələ ilə bağlı “a24.az”a açıqlama verən İbrahim Nehrəmli vurğulayıb ki, həmin videomüsahibəni üç il əvvəl verib və bu fikri zarafatyana dilə gətirib.
Daha sonra Nehrəmli deyib ki, Məkkəyə getmək içkini tərk etmək məcburiyyəti gətirmir: “Həccə getməyimin məqsədi Allah evini ziyarət etmək idi. Hər bir imkanlı müsəlman kimi, mən də bu müqəddəs yolu getdim. Məkkədən gəldin, sonra şərabını iç də, o nə deməkdir ki? Mən, açığı, bu məsələyə etiraz eləmirəm və içirəm. Məkkəyə gedəndə də üzümü Allaha tutub bildirdim ki, mən şərab içəcəyəm. Mən iş adamıyam, Məkkədə içmirəm ki?! Gəlmişəm, Azərbaycanda içirəm də. Məkkədən gəlib, üstündən 40 gün keçəndən sonra 50 qram içki içmək o demək deyil ki, hacısan, içməməlisən. Belə qəbahət heç yerdə yoxdur. O adama içki haramdır ki, içib özünü apara bilmir və gedib nəsə eləyir. Həm də içki içməmək də o demək deyil ki, sən pak adamsan. Pak adam insanlara hörmət, qayğı göstərməyi, maddi yardım etməyi bacarmalıdır. Yoxsa, hacı olum, gəlib burada oğurluq edim, baş kəsim, yenidən bir də gedim Allah evinə, deyim ki, qurbanın olum, günahımdan keç… Məgər Məkkə günah yumaq yeridir? Mən Azərbaycanda 5 məscid tikdirmişəm. Hələ Məkkəyə getməmişdən əvvəl hamı mənə “hacı” deyə müraciət edirdi. Sonradan həccə getdim. Bu, o demək deyil ki, mən Məkkəyə gedib-gələndən sonra içməməliyəm. Məgər şərab içmək Allahsızlıqdır? İçkini hamı içə bilər. Mən də hər gün 100 qram şərab içirəm”.
İş adamı onu da qeyd edib ki, xeyli dövlət adamı tanıyır ki, həccə gedib-gələndən sonra içirlər: “Bunların guya heç biri içki içmir? Mən min nəfər adam adı çəkə bilərəm ki, 10 dəfə həccə gedib-gəliblər, amma gündə bir litr viski içirlər”.
İ.Nehrəmli bəzi insanların onunla bağlı Qafqaz Müsəlmanları İdarəsinə müraciət edərək hacı adının alınmasını tələb etmələrinə də münasibət bildirib: “Hacı adı ilə bağlı hər hansı bir sənəd yoxdur ki, onu da əlimdən alsınlar. Yuxarıda qeyd etdiyim kimi, Azərbaycanda 5 məscid tikdirdiyim üçün bu ad mənə insanlar tərəfindən verilib. Mənə bu titulu həccə getməmişən qabaq veriblər. Mən həccə getməmişdən qabaq hacı idim. QMİ titul verir ki, titul da alsın?!.”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button