Akademik Milli Dram Teatrımövsümə premyera ilə yekun vuracaq – FOTOLAR

nagillar_alemixural.com-un Akademik Milli Dram Teatrının (AMDT) mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, AMDT 142-ci teatr mövsümünə yeni hazırlanmış “Nağıllar aləmində” tamaşasının premyerası ilə yekun vuracaq. 

Xalq nağılları əsasında hazırlanmış səhnə əsəri 2 iyul tarixində, saat 19.00-da nümayiş olunacaq.Tamaşanın bədii rəhbəri İsrafil İsrafilov, quruluşçu rejissoru Xalq artisti Bəsti Cəfərova, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqslərin quruluşçusu Güney Əliyeva və Ülvi Həsənovdur. Əsasən, gənclərlə hazırlanan tamaşada Güney Əliyeva (Meşə pərisi), Aygün Baxışlı (Ana keçi), Nigar Məmmədova (Sərçə), Fidan Cəfərova (Qırmızı papaq), Günel İmanova (Qoğal), Rəfiqə Məmmədova, Rəşad Bəxtiyarov (Baba, Tülkü), Adil Dəmirov (Məngül), Murad İsmayılov (Bəy), Ülvi Həsənov (Canavar) və Əlləz Əhmədov (Aşıq) iştirak edirlər.

Bir hissəli nağıl tamaşanın xronometrajı 80 dəqiqədir.

xural.com

nagillar_alemi2

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button