“Azercell”dən abunəçilərə sevgililər günü mesajı

30 iyun azercell“Azercell” abunəçilərinə 30 iyun Sevgililər Günü ilə bağlı mesaj 

xural.com etatist.com-a istinadən bildirir ki, iyun ayının 29-da “Azercell” abunəçilərinə Sevgililər günü ilə bağlı mesaj göndərib:

“6991 – Dördrəqəmli nömrədən zəng! Sevgililər gününə özəl, ulduzların səsi ilə sevgi etirafları! 6991-ə zəng vurun, zəng sifariş edin. Ətraflı məlumat: 4043131”.

Xatırladaq ki, 2003-cü ildən etibarən “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının təşəbbüsü ilə Azərbaycanda 30 iyun Sevgililər günü kimi qeyd olunur. Bu tarixin seçilməsində məqsəd isə 20 yanvarda şəhid olmuş İlham və onun ölümündən sonra intihar etmiş həyat yoldaşı Fərizənin toy günü olmasıdır. İlham və Fərizə 30 iyun 1989-cu ildə ailə həyatı qurublar.

Məsələ ilə bağlı “Azercell”dən saytımıza bildirildi ki, 6991 xətti “Digital Service” şirkətinə aiddir və mesajı da həmin şirkət göndərib.

Bəllidir ki, “Digital Service” “Azercell”lə müqavilə bağlayıb ki, abunəçiləri belə mesaj gəlir. Bəzi məlumatlara görə belə bir xəttin açılması üçün müqavilə qiyməti 10 min manatdan aşağı olmur. O da məlumdur ki, müqavilədən asılı olmayaraq “Azercell”in biznes və fəaliyyət maraqlarına uyğun olmayan mesajlar abunəçilərə göndərilə bilməz.

“Digitial Service”in mövqeyini öyrənmək üçün əlaqə saxlasaq da, telefonlarımıza cavab verilmədi. Bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button